Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-301/2021 19.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyrətinin sədri X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə MN ******* nömrəli 13 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyrətinin sədri X2 izahat verib göstərdi ki, ASC-nin idarə işlərinə baxan Seyran müəllimin vəfatından sonra sənədlərin tapılmasında çətinlikləri yaranıb. Əvvəlki mühasibdə də heç bir sənəd yoxdur. Mərkəzi bankdan xahiş etmişdir ki, onlara sənədlərin göndərilməsi ilə bağlı möhlət versinlər. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən heç bir bildirişə imza edilib götürülməmişdir və onların cəmiyyətində Əsədov və Əhmədov soyadlarında işçiləri yoxdur. Odur ki, qeyd edilənləri nəzər alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Bu səbəbdən məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan MN ******* nömrəli 13 iyul 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın 10.06.2021-ci il tarixli, 26-07592-2021 saylı göstərişi əsasında müvafiq sənədləri vaxtında təqdim etməmişdir. İş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 197810.00 AZN olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) 21.02.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan 17.05.2021-ci il tarixdə 26-06483-2021 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən edilmiş müraciətin araşdırılması üçün zəruri məlumatların 7 gün ərzində Mərkəzi Banka təqdim olunması Şəxs Açıq Səhmdar Cəmiyyətindən xahiş edilmişdir. İş materiallarında olan 10.06.2021-ci il tarixdə 26-07592-2021 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən edilmiş müraciətin araşdırılması üçün zəruri məlumatların 5 gün ərzində Mərkəzi Banka təqdim olunması Şəxs Açıq Səhmdar Cəmiyyətindən xahiş edilmişdir. İş materiallarında olan poçt göndərişlərinin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən göndərilmiş bildirşlər Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 20.05.2021-ci il və 16.06.2021-ci il tarixlərində imza edilərək qəbul olunmuşdur. İş materiallarında olan 30.06.2021-ci il tarixli 16-02553-2021 saylı bildirişdən görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın 10.06.2021-ci il tarixdə № 26-07592-2021 saylı mktubunda qeyd edilən icrası məcburi olan göstəriş icra edilmədiyindən və müvafiq məlumatlar müəyyən edilmiş müddət ərzində təqdim olunmadığından Cəmiyyətin əməlində AR İXM-nin 548.2-ci maddəsinin tərkib əlamətləri müşahidə edildiyi bildirilərək, Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən inzibati xəta haqqında protokol tərtib olunacağı barədə Şəxs ASC-nin ünvanına bildiriş göndərilmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası çərçivəsində cərimə təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinsin və 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-301/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-301/2021
19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver