Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-304/2021 29.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 29.07.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs 25 iyun 2021-ci il tarixdə rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət edərək keçmiş həyat yoldaşı Şəxs onu döyməsini və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Faktla bağlı araşdırma aparılmış, məhkəmə tibbi ekspertizası təyin olunmuş və Zərərçəkmiş şəxs dəymiş xəsarətin sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələrinin təyin olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə Şəxs barəsində cinayət isinin başlanılması rədd olunmuş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsinin tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, 2009-cu ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan 3 uşaqları anadan olmuş, sonradan münasibətlərinin normal olmaması, X1 ilə aralarında mübahisə yaranması səbəbindən Zərərçəkmiş şəxs ilə ayrılmışlar. 25 iyun 2021-ci il tarixdə saat təxminən 11:00 radələrində cehiz və qızıl-zinət əşyalarının verilməsi üçün işi Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ilə Zərərçəkmiş şəxs onların evinə gəlmiş, cehiz əmlaklarını aparmış, həmin vaxt o, Lalənin atası Mehman Qədirova qarşı heç bir qanuna zidd hərəkətlər etməsə də həmin şəxs onun barəsində şər və böhtan xarakterli Azərbaycan Respublikası DİN-in "102" xidmətinə məlumat vermişdir. Daha sonra qızıl-zinət əşyalarını anası Gümüşxanım, əmisi Fikrət ilə birlikdə icra şöbəsinə aparmış, icra məmurunun otağında Lalə və atası Mehman olmuş, qızıl-zinət əşyasını təqdim edən zaman Zərərçəkmiş şəxs onun anası Gümüşxanımı təhqir etmiş, o, Zərərçəkmiş şəxs hərəkətlərindən əsəbləşərək bir əli ilə onun boynundan yapışaraq stola oturmasını xahiş etmiş, bundan sonra icra məmuru onu otaqdan çıxarmışdır. Odur ki, əməlindən peşmandır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdikləri tamamilə yalandır. Belə ki, icra şöbəsində olan zaman Şəxs anası onu nalayiq söyüşlərlə söymüş, daha sonra Şəxs onun boynundan tutaraq xəsarət yetirmişdir. Şəxs ilə barışmaq fikri yoxdur və onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12.07.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Şamaxı RPŞ-nin İTB-yə göndərilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 25.06.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər boynun sağ və sol yan səthlərinin qançırları küt -sva təsirindən törənməklə kənar şəxs tərəfindən yetirilməsi mümkün olan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin izahatları, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-304/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-304/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver