Məhkəmə qərarları › İş №3(074)-304/2022

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-304/2022

15.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-304/2022 15.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1968-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şamaxı rayonu İ Çaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 3(074)-157/2022 saylı icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, maddi imkanım olmadığından ödəniş edə bilməmiş və hal- hazırda heç bir ödəniş etməyə maddi imkanı yoxdur, nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 3(074)-304/2022 saylı icra vərəqəsinə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində cərimə edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Hal-hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin icra sənədi üzrə 500 manat borcu vardır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 23 iyun .2022-ci il tarixli 3(074)- 157/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 3(074)- 304/2022 saylı icra vərəqəsi əsasında Şamaxı rayon İcra və Probasiya Şöbəsində icra işi başlanılmış, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 21 iyul 2022-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs Şamaxı rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 3(074)-157/2022 saylı icra vərəqəsi üzrə borcunu könüllü təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan İİ № 158461 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 13 fevral 1998-ci ildə doğulmuşdur, atası Şəxs, anası X3r. İş materiallarında olan Azərbaycan Respublikası Medalının 1-31005 nömrəli vəsiqəsinin surətindən görünür ki, X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 21 aprel tarixli 250x nömrəli sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının 1-2918 nömrəli vəsiqəsinin surətindən görünür ki, X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 29 dekabr tarixli 2373 nömrəli sərəncamı ilə Laçının azad olunmasına görə medalı təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının 1-4637nömrəli vəsiqəsinin surətindən görünür ki, X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 29 dekabr tarixli 2369 nömrəli sərəncamı ilə Qubadlının azad olunmasına görə medalı təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının 1-6900 nömrəli vəsiqəsinin surətindən görünür ki, X1 azad olunmasına görə medalı təltif edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmənin qərarı ilə qeyd olunan inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati qaydada cərimə olunmuş, o, üzərinə qoyulmuş cəriməni üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, o, cərimənin ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində ictimai işlər növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar