Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-305/2021 29.07.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay. işsiz, Şamaxı rayonu, Talışnuru kəndində qeydiyyatda olan və Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 29.07.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında göstərdi ki, Şəxs 28.07.2021-ci il tarixində sərxoş vəziyyətdə Şamaxı rayonu, Çuxuryurd kəndində ünvansız nalayiq söyüşlər söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 28.07.2021-ci il tarixdə axşam saat təxminən 21:30 radələrində evə getmiş, evdə yatdığı otaqda qabaqcadan qoyduğu arağı götürərək içməyə başlamış, arağı içib qurtardıqdan sonra evdə atası ilə aralarında mübahisə düşmüş, atası ilə aralarında mübahisə qurtardıqdan sonra evdən çıxaraq küçə ilə aşağı istiqamətdə getməyə başlamış, küçədə olarkən polis avtomobilinin onların evinə tərəf getdiyini görmüş, geri qayıdaraq evə gəlmiş, həyətdə olan polislərdən nəyə görə gəldiklərini soruşmuş, polislər ona atası ilə mübahisə etdiyi üçün atasının onu şikayət etdiyini bildirmiş, bu zaman o, sərxoş olduğu üçün orada polislərlə mübahisə etməyə başlamış, buna görə də polis əməkdaşları onu avtomaşına əyləşdirərək şöbəyə gətirmişlər. Etdiyi əməldən peşmandır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verib bildirdi ki, 28.07.2021ci il tarixdə oğlu Şəxs sərxoş vəziyyətdə onunla mübahisə etməyə başlamış, bu zaman o, polis əməkdaşlarına məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəlsələr də, Şəxs qarşısını ala bilməmişlər. İş materiallarında olan Şamaxı RPŞ-nin TQ-nin təhqiqatçısı polis kapitanı Bəhlul Məlikli tərəfindən tərtib edilmiş 28 iyul 2021-ci il tarixli raportdan görünür ki, 28 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə Şamaxı rayonu, Çuxuryurd kəndində yaşayan X2 məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatda X1 evdə münaqişə etməsi barədə məlumat verməsi göstərilmişdir. Həmin məlumat əsasında dərhal əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə Şamaxı rayonu, Çuxuryurd kəndinə, Vüqar Zeynalovun ünvanına getmiş, həmin ünvanda olarkən Şəxs əməliyyat-istintaq qrupunun üzvlərinə qarşı qərəzli hərəkət edərək, ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt Şəxs etdiyi qərəzli hərəkətlərinə və təhqiramiz ifadələrinə son qoyması tələb edildikdə, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə əməl etməkdən imtina edərək yenə də əməliyyat qrupunun üzvlərinə qarşı qərəzli hərəkətlər edərək, ünvansız nalayiq söyüşlər söyməyə davam etmiş, atası X2 ərizəsinin alınmasına maneəçilik törətməyə çalışmışdır. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 28.07.2021-ci il tarixli 201 nömrəli aktdan görünür ki, 28.07.2021-ci il saat 22:40 radələrində ağır dərəcədə sərxoş olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında 29.07.2021-ci il tarixli BB № 018969 nömrəli protokoldan görünür ki, 29.07.2021-ci ildə inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən, sərxoş vəziyyətdə inzibati xətanı törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində və 17 (on yeddi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 29 iyul 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-305/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-305/2021
29.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver