Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-306/2021 02.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Şamaxı rayonu, Qaravəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 02.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında göstərdi ki, 27 iyun 2021-ci il tarixdə, saat 13:02-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda Şamaxı rayonu Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan X2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək döyülməsi barədə məlumat verməsi göstərilmişdir. X4 27 iyun 2021-ci il tarixdə Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə qohumları İsmayıl və Sübhanın onu döyməsini göstərməklə, həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Araşdırma zamanı 27 iyun 2021-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs evinin həyətində sonuncuya sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahatlar və MTE-nin 29 iyun 2021-ci il tarixli 194-195 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Elsəvər Mayılov onun keçmiş qaynıdır. Elsəvərin bacısi ilə 2018-ci il tarixdə boşandıqdan sonra, onunla heç bir münasibəti olmamış, İsmayıl Mehralıyev 24.06.2021-ci il tarixdə onlara gələrək Elsəvər Mayılovun onun barəsində nalayiq ifadələr işlətdiyini bildirmiş, cavabında o, Elsəvər ele söz deməz deyə bildirmiş və bundan sonra İsmayıl heç bir söz demədən çıxıb getmişdir. Lakin 27.06.2021-ci il tarixdə saat 10:00 radələrində evdə olan zaman Elsəvər Mayılov və Zərərçəkmiş şəxs mübahisə etdiyini eşitmiş və nə baş verdiyini bilmək üçün Elsəvərin həyətinə getmiş, həyətə daxil olan zaman Elsəvər Mayılov və Səmayənin bir birləri ilə mübahisə etdiyini görmüş, bundan sonra İsmayılın qolundan tutaraq, dava-dalaş etməsinlər deyə oradan uzaqlaşdırmış, hadisə baş verən zaman o, heç kimlə dava etməmiş və İsmayıl ilə Elsəvər mübahisə etmişdir. Elsəvər Mayılovun izahatında göstərdikləri tamamilə yalan və böhtandır. Hadisə zamanı o, Elsəvər Mayılova və anası Zərərçəkmiş şəxs qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 27.06.2021-ci il tarixdə saat 12:30 radələrində İsmayıl və Sübhan yaşadığı ünvana gələrək həyətlərinə daxil olmuş, həmin vaxt oğlu Elsəvər yıxılaraq ayağından xəsarət aldığından stolda oturmuş vəziyyətdə olmuş, İsmayıl və Sübhan içəriyə daxil olduqdan sonra oğlu Elsəvərin üzərinə gəlmiş, İsmayıl bacısı haqqında nalayiq ifadələr işlətdiyini oğluna bildirmiş, oğlu Elsevər isə deyilənlərin yalan olduğunu, bir aya yaxındır ki, ayağı sınıq olduğundan küçəyə bele çıxa bilmədiyini bildirmiş, İsmayıl oğlu Elsevərin ünvanına söyüş söyərək, “səni əzişdirərəm” deyə ona bildirmiş, oğlu Elsəvər İsmayıla söyüş söyməməsini sakit olmasını bildirmiş, lakin İsmayıl inadla bacısı haqqında nalayiq ifadə işlətdiyini ona bildirib boğazından tutaraq boğmağa başlamış, oğlu Elsevərin ayağı sınıq olduğu üçün oturduğu stuldan yerə yıxılmış, bundan sonra İsmayıl oğlunu söyüb təhqir edərək başına və bədəninin müxtəlif nahiyyələrinə yumruğ və şillə vurmağa başlamış, həmin vaxtı oğluna kömək etmək istəyərkən Sübhan onun yaxasından tutaraq sinəsindən iki yumruq vurmuş, İsmayıl və Sübhan həyətlərindən çıxıb gedərkən yenidən onları söymüş, oğlu Elsəvər təkrar gəlib döyəcəkləri ilə hədələmiş, bundan sonra onlar DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş, Şamaxı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Onu ancaq Sübhan vurmuş, İsmayıl vurmamışdır. İsmayıl həmin vaxt oğlunu vurmuşdur. Hazırda Şəxs ilə barışmamışdır. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07.07.2021-ci il tarixli qərardan görünür ki, Şamaxı rayonu Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X1 və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibinin olması əsası ilə qərarın surəti Şamaxı RPŞ-nin İTB-yə göndərilmişdir. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29.06.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər alnın sol yarısının və döş qəfəsinin sol yarısının qançırları küt əşya təsirindən törənməklə, kənar şəxs tərəfindən yetirilməsi mümkün olan, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərər çəkmiş şəxsin və şahidin izahatları, ekspertiza rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 02 avqust 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-306/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-306/2021
02.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver