Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-306/2022 19.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Şamaxı rayonu, Sabirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 19 nömrəli Xüsusi Təyinatlı Yol istismarı MMC-nin sürücüsü işləyən, Şamaxı rayonu, Sabirli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Şamaxı rayonu Acıdərə adlanan yerdə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində Şamaxı rayon 19 saylı yol idarəsinin işçisi Şəhriyar adlı vəzifəli şəxs ona göstəriş vermişdir ki, Şamaxı rayonu Əngəxaran Kəndi ərazisində yerləşən “Socar” petrol ilə üzbəüz yerləşən yurddan torpağı qalayıb Bakı şəhərinə aparsın. O, həmin əraziyə getmiş və daha sonra traktor gəlmiş, orada olan zibil ilə qarışıq qara torpağı traktor vasitəsi ilə ona məxsus **- AC-*** dövlət qeydiyyat nişanlı “Tatra” markalı yük avtomaşınına yükləmiş, o, həmin torpağı Bakı şəhərinə aparırmış, Şəhriyar adlı şəxs ona bildirmişdir ki, “Müşviq postun” keçdikdən sonra onunla əlaqə saxlasın və torpağı hara lazımdırsa ora yönləndirəcək. O, Bakı şəhəri istiqamətində “Acıdərə” adlanan yerdə hərəkət edərkən polis əməkdaşları onun avtomaşınını saxlatdıraraq torpağı haradan götürdüyünü və hara apardığını soruşmuşlar. Onu saxlayandan sonra oraya Şamaxı rayon 19 saylı yol idarəsinin işçiləri Şəhriyar və X5 gəlmişlər, onlar danışdıqdan sonra Şəhriyar adlı şəxs ona göstəriş vermiş ki, avtomaşını yol idarəsinə sürsün, o, yolda gələrkən polis əməkdaşlarından biri onun idarə etdiyi avtomaşında oturmuşdur, o, yol idarəsi istiqamətində dönüb idarənin qarşısında saxlamış, daha sonra orada olarkən polis ilə onun arasında mübahisə yaranmışdır. Mübahisəyə səbəb isə onun yol idarəsinə gəlməsi olmuşdur. Mübahisə zamanı polis əməkdaşları onun yaxasından tutmuşlar və onu maşından yerə atmışlar, yerə düşərkən sifəti “Doblo” markalı avtomaşına dəymiş, ona bildirmişlər ki, avtomaşını Şamaxı rayon Polis Şöbəsinə sürməlidir daha sonra o, səhhəti ilə əlaqədar avtomaşını idarə edə bilməyəcəyini bildirmış və Post Patrul Xidmətinin avtomaşını ilə Şamaxı rayon Polis Şöbəsinə gəlmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İsmət Kərimov ilə birlikdə Acıdərə istiqamətində xidmətdə olarkən **-AC-*** dövlət qeydiyyat nişanlı yük maşınının qanunsuz torpaq daşımasını görüb həmin yük maşınını saxlatdırmışlar. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər, torpağı haradan qazıb götürməsi və haraya aparması barədə soruşduqda, adı sonradan onlara məlum olan Şəxs torpağı Əngəxaran kəndindən gətirməsini və Bakı şəhəri istiqamətində getməsini bildirmiş, onlar barəsində araşdıma aparılması məqsədi ilə sürücünü Şamaxı RPŞ-nə dəvət etsələrdə o, etiraz etmiş telefonu götürərək müdürünə zəng etmiş, onlar onu dəfələrlə Şamaxı RPŞ-nə dəvət etsələrdə o etiraz etmiş, bir qədər sonra Şəhriyar və Şahin adlı şəxslər oraya yaxınlaşmış, Şəhriyar və Şahin dedikdən sonra o, yük maşınını Şamaxı RPŞ-nə sürməsini bildirsədə, sürücü yolda olarkən 19 saylı xüsusi təyinatlı yol istismarı MMC istiqamətində sürərək yük maşınını MMC-nin həyətinə salmaq istəmiş ki, onlardan yayınsın, yük maşınının sürücüsü onların qanuni tələblərinə qəsdən tabe olmamış, onlar yük maşınını saxlatdıraraq onu Şamaxı RPŞ-nə gətirmişlər. Həmin vaxt sürücü tək olmamış onun yanında bir polis əməkdaşı da əyləşmişdir. Onlar yük maşınını rayon polis şöbəsinə sürməsini bildirsələr də Şəxs yük maşınını yol idarəsinin həyətinə sürərək polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bundan əlavə Şəxs onlara qarşı heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X6 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində sürücü Şəxs göstəriş vermiş ki, Şamaxı rayon Əngəxaran kəndi ərazisində yerləşən “Socar” yanacaq doldurma məntəqəsi ilə üzbəüz yol kənarında olan qara torpağı “Tatra" markalı yük maşınına yığıb hara yol kənarına boşaltsın, qeyd etmiş ki, həmin qara torpağın tərkibində zibil olmuşdur bu səbəbdən torpaq qarışıq zibili yerdən siyirib götürmüşlər, təxminən saat 10:00 radələrində sürücü Şəxs ona zəng edərək polis əməkdaşlarının onu saxlatdırmasını bildirmişlər və o, Şahin Rəcəbov ilə birlikdə “Acıdərə” adlanan yerə getmişlər, orada onlara bildirmişlər ki, yük maşını Şamaxı rayon Polis Şöbəsinə getməlidir, onlr yük maşınını Şamaxı rayon 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin qarşısına sürmüşlər, daha sonra o, idarənin içinə daxil olmuş, təxminən 30-40 dəqiqə sonra əlavə olaraq Post Patrul Xidməti əməkdaşları idarənin qarşısına yaxınlaşmışlar, səhhəti ilə əlaqədar Şəxs yük maşınını idarə edə bilmədiyi üçün yük maşınını Qüdrət idarə etdi. Onlar düşünmüşlər ki, yük maşınını 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin qarşısına apararaq polis əməkdaşları ilə söhbət etsinlər və ya torpağı idarəyə boşaltsınlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Şəhriyar Eynalov ilə birlikdə idarədə olarkən, sürücü Şəxs Şəhriyara zəng edərək polis əməkdaşlarının onu saxlamasını bildirmiş, onlar Şəhriyar ilə birlikdə yük maşınının saxlanıldığı yerə getmişlər, orada polis əməkdaşları ilə razılaşmışlar ki, yük maşınını 19 nömrəli xüsusi təyinatlı yol istismar MMC-nin qarşısına sürsünlər və məsələni həll etsinlər, lakin idarənin qarşısında yük maşınları üçün yol ayrı olduğundan polis əməkdaşları düşünmüş ki, Şəxs yük maşınım idarənin içinə sürmək istəyirki polislərdən yayınsın, həmin vaxt o, Şəxs zəng etmiş, telefonda polis əməkdaşlarının səsini eşitmiş və həmin vaxt məlum olmuş ki, onlar arasında mübahisə var, dərhal o, yük maşınının yanına getmiş və o, oraya çatanda görmüş ki, Şəxs post patrul xidməti maşınındadır, daha sonra Şəxs oğlu Qüdrət gələrək yük maşınını Şamaxı rayon Polis Şöbəsinə sürərək gətirmişlər. İş materiallarında olan Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Elşən Sayılov ilə birlikdə xidməti zərurət ilə əlaqədar olaraq Acıdərə istiqamətində hərəkətdə olan zaman **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı TATRA markalı yük avtomaşının qanunsuz olaraq torpaq daşıdığını aşkar etmişlər. Həmin yük avtomaşınına yaxınlaşan zaman özünü onlara yük avtomaşının sürücüsü kimi təqdim edən Şəxs özlərini təqdim edərək hərəkətinin qanunsuzluqunu izah edib barəsində tədbir görülməsi üçün RPŞ-yə dəvət etsələrdə sürücü onların qanuni tələblərinə tabe olmayaraq yük avtomobilinə əyləşərək oradan uzaqlaşmaq istəmişdir. Onlar həmin şəxsin idarə etdiyi avtomaşını Şamaxı RPŞ-yə gətirməsi üçün dəfələrlə nizam-intizama dəvət etsəkdə o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq nəlayiq ifadələr işlədərək həmin yerdən uzaqlaşmaq istədikdə onlar onu Şamaxı RPŞ-yə gətirmişlər. Şamaxı RPŞ-də məlum olmuş ki, Şəxs 19 nömrəli Xüsusi Təyinatlı Yol istismarı MMC-nin sürücüsü, **-AC-*** dövlət qeydiyyat nömrə nişanlı TATRA markalı yük avtomaşını isə həmin idarəyə məxsusdur. Beləliklə məhkəmə iş materiallarında olan sənədlərə və işdə iştirak edən şəxslərin izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, nə inzibati xəta haqqında protokolda, nə də iş materiallarında olan digər sənədlərdə Şəxs polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmasını faktını təsdiq edən heç bir sübut göstərilməmiş, məhkəmə baxışı zamanı da bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq Şəxs təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşdüyündən, lakin onun təqsirliliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43,114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-306/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-306/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver