Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-308/2022 21.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin sədri Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1980-cı ildə Şamaxı rayonu Çarhan kəndində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Şamaxı şəhəri Teymur Zahidov küçəsi 19 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayonu Şəhriyar qəsəbəsində dini yığıncağın təşkilini və keçirilməsinin qanunla müəyyən edilmiş qaydaları pozduğu müəyyən edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib göstərdi ki, 20 dekabr 2022-ci il tarixdə saat 19 radələrində o və namaz qılan digər şəxslərlə birlikdə Malik Hüseynovun evinə getmişlər, onun evində çay içib, dinlə bağlı həmsohbət olmuşlar. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxsin izahatı ilə yanaşı, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 20 dekabr 2022-ci il tarixli MN ******* saylı protokolundan görünür ki, Şəxs 20 dekabr 2022-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində dini yığıncağın təşkilini və keşirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozduğu müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati xəta torətmişdir. İş materiallarında olan diskdən, fotoşəkillərdən və eləcədə baxış və götürmə haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şamaxı rayon polis şöbəsinin əməkdaşları, iştirakçılar və hal şahidləri ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən yaşayış evinə baxış keçirilməzdən əvvəl həmin yerdə olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində vaşayan X5, evinə baxış keçirilməsinə etirazı olub olmaması və həmin ünvanda qanunsuz olaraq dini fəaliyyətlə məşğul olunub-olunmaması soruşulduqda, Malik Hüseynov həmin ünvana baxış keçirilməsinə etirazını olmadığını, həmçinin orada hər hansı qanunsuz dini fəaliyyətlə məşğul olunmadığını, münasibəti olan bəzi dindarları çay içib söhbət etmək üçün evinə qonaq çağırdığını bildirmişdir. X3 razılığı nəzərə alınmaqla iştirakçıların iştirakı ilə həmin ünvana baxış keçirildi. Baxış zamanı evin bir mərtəbəli olması, 5 otaqlı evdən ibarət olan, evin giriş hisəsində birinci otaq qonaq otağı, ikinci otaq isə namaz qılmaq üçün nəzərdə tutulmuş otaq olmaqla, solda sanitar qovşağı və mətbəx iki ədəd yataq otağı vardır. Otaqlarda ümumi sayı 90 ədəd olan Azərbaycan, Türk və Ərəb dillərində nəşr edilmiş, dini kitablar, 3 ədəd DVD disk və Ml-27 markalı ********* nömrəli qoşa lüləsi olan ov tüfəngi və bir ədəd patron və bir ədəd planşet və iki ədəd lövhə aşkar olunub götürülmüşdür. İş materiallarında olan Şamaxı RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mehralıyevin raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili X7 həmin tarixli raportu daxil olmuşdur. Araşdırma zamanı Şamaxı şəhəri, M.Ə.Rəsulzadə 63 saylı evdə qeydiyyatda olmaqla həmin evdə yaşayan X35, şamaxı rayonu Sabir qəsəbəsində qeydiyyatda olmaqla həmin evdə yaşayan X20, ünvan 3 ünvanda yaşayan Şəxs, ünvan 4lı evdə qeydiyyatda olmaqla, Şamaxı şəhəri Xətai küçəsi ev 39-də yaşayan X12, Şamaxı şəhəri M.Maqamayev küçəsi ev 17-də qeydiyyatda olmaqla, Şamaxı şəhəri M.Maqamayev küçəsi ev 17də yaşayan X44, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyatda olmaqla həmin ünvanda yaşayan X8 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmiş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan X3 əməlində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3 cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. İş materiallarında olan Şəxs Ağamolan oğlu, X2, X25, X26,X9, X6, X50, X36, X37, X51, X4, X52, X51, X10, X38, X27, X53, X39, X28, X1 Sahib Yengibar oğlu, X30, X20, X13, X54, X31, X14, X21, X55, X61, X32, X40, X22, X15, X23, X56, X33, X16, X41, X17 izahatlarından görünür ki, onlar 20 dekabr 2022-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində X5 məxsus evə yığışmaqla, dini mərasimlərin təşkil etmişlər. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs doqquzu yetkinlik yaşına çatmamış şəxs, ümumilikdə 39 nəfərin iştirakı olmaqla dini ibadət yerlərindən və ziyarətgahdan kənarda müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qurumun razılığı olmadan 20 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində Malik Hüseynovun evində kütləvi dini mərasim keçirməklə kütləvi dini yığıncağın təşkilini və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək,barəsində inzibati tənbeh tədbiri görülməlidir. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsindən göstərilir ki, hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. Öz dini əqidəsinə görə hər kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Qanunun 6-1 maddəsində göstərilri ki, kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirlir; kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahdan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın(qurumun) razılığı ilə təşkil olunur. Azərbaycan Respublikasının İXM-nin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə -fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olmasını, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1,43,114,115,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(074)-308/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-308/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver