Məhkəmə qərarları › İş №3(074)-309/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-309/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-309/2021 06.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 05.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, 05.08.2021-ci il tarixində Aliyev X6 şəhəri, M.Əzizbəyov küçəsində, Mərkəzi Univermağın qarşısında səbəbsiz yerə polisin ünvanına nalayiq söyüşlər söymüş, o, dəfələrlə nizam-intizama dəvət edilsə də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, mütəmadi olaraq spirtli içki qəbul edir. Lakin son iki gündə qardaşı ona spirtli içki qəbul etməyə imkan vermədiyindən əsəbi olmuşdur. Özü hal hazırda bərbər kimi fəaliyyət göstərir, bərbərxana isə mərkəzi univermağın yanındadır. Dünən Əngəxaran kəndinə toya gedməli olduğundan, univermağın yanında digər bərbərləri gözləyən zaman univermağa daxil olub 250 qramlıq araq alaraq mağazada içmişdir. Sonra isə bərbərxananın yanına gəlib digər işçiləri toya getmək üçün gözləməyə başlamışdır. Evdə qardaşı ilə münaqişəsi olduğundan və spirtli içki qəbul etdiyimdən küçədə qardaşının ünvanına nalayiq söyüşlər söymüşdür. Daha sonra isə özündən aslı olmayan səbəblərdən polisin ünvanına küçədə söyüş söymüşdür. Həmin vaxtı polis işçisi ona yaxınlaşaraq özünü təqdim edib söyüş söyməməsini bildirsədə onda psixi gərginlik olduğundan başını divara vurmuş və daha sonra nələr olmasını xatırlamır. Hazırda etdiyim əməldən peşmanam. Məhkəmədən cərimə edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verib bildirdi ki, 05.08.2021-ci il tarixində Şamaxı rayonunda yerləşən mərkəzi univermağın yaxınlığında bərbərxanada işləyən zaman sonradan adını bildiyi Şəxs bərbərxananın qarşısında dayanaraq polis işçilərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Ərazidə olan polis işçiləri ilk əvvəl ona önəm verməsələrdə o, bərbərxanaya daxil olub yenidən küçəyə çıxaraq polis işçilərinin ünvanına nalayiq söyüşlər söyməyə davam etmişdir. Polis işçiləri ona yaxınlaşaraq özlərini təqdim edib onu nizam intizama dəvət edərək söyüş söyməməsini və ictimai qaydanı pozmamasmı tələb etsələrdə həmin şəxs polis işçilərinin tələblərinə tabe olmayaraq küçədə vətəndaşların çoxluq təşkil etdiyi ərazidə yenidən söyməyə davam edirdi. Polislər onu sakitləşdirməyə cəhd edən zaman o başını divara vurub özünü yerə yıxdı, ilk əvvəl ona baxan zaman həmin şəxsdə pisixi narahatlıq olduğunu hesab etmişdir. Polis işçiləri onu sakitləşdirmək istəyərək yerdən qaldırmaq istəyən zaman o, başını yerə vuraraq polislərin ünvanına küçədə nalayiq söyüşlər söyməyə davam etdiyindən polis işçiləri onu avtomobilə əyləşdirərək apardılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib bildirdi ki, 05.08.2021ci il tarixində Şamaxı rayonunda yerləşən mərkəzi univermağın yaxınlığında yerləşən bərbərxananın qarşısında dayanıb dostu ilə toya gedəcəyi üçün onu gözləyən vaxt sonradan adın bildiyi Şəxs bərbərxananın qarşısında dayanaraq polis işçilərinin ünvanına nalayiq söyüşlər söyməyə başladı. Ərazidə olan polis işçiləri ilk əvvəl ona önəm verməsələrdə o, bərbərxanaya daxil olub yenidən küçəyə çıxaraq polis işçilərinin ünvanına nalayiq söyüşlər söyməyə davam etdi. Polislər ona yaxınlaşaraq özlərini təqdim edib onu nizam intizama dəvət edərək söyüş söyməməsini və ictimai qaydanı pozmamasını tələb etsələrdə buna baxmayaraq həmin şəxs küçədə vətəndaşların çoxluq təşkil etdiyi ərazidə yenidən söyməyə başladı. Polis işçiləri onu sakitləşdirməyə cəhd edən zaman o, başını divara vurub özünü yerə yıxdı, ilk əvvəl ona baxan zaman həmin şəxsdə pisixi narahatlıq olduğunu hesab etmişdir. Polis işçiləri onu sakitləşdirmək istəyərək yerdən qaldırmaq istəyən zaman o, başını yerə vuraraq polislərin ünvanına küçədə nalayiq söyüşlər söyməyə davam etdiyindən polis işçiləri onu avtomobilə əyləşdirərək apardılar. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 05.08.2021ci il tarixli 215 nömrəli aktdan görünür ki, Şəxs 05.08.2021-ci il tarixdə saat 13:50-də orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 05.08.2021-ci il tarixli BB 018970 nömrəli protokoldan görünür ki, Şəxs 05.08.2021-ci il tarixdə saat 17:08-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 05.08.2021-ci il tarixli aktdan görünür ki, Şəxs izahatı alınan zaman onun bədəni üzərində xəsarətlər aşkar edilmiş, şahidlərin və vətəndaşın deməsinə görə həmin xəsarətlərin yaranmasına səbəb onun başını və özünü yerə vurması olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını və inzibati xətanın sərxoş halda törədilməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar