Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-309/2022 21.12.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X16, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X39 izahat verib bildirdi ki, Şəxs 20 dekabr 2022-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində dini ayinlərin icrası ilə əlaqədar olmayan ədəbiyyat dərnəkləri ilə qrupları təşkil etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXMnin 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib göstərdi ki, o, Şamaxı rayonu Şəhriyar qəsəbəsində özünə məxsus evində xx.xx.2022-ci il tarixdə Şamaxı rayonu, Cümə məcidində namaz qıldıqdan sonra özünə münasib olan Şamaxı şəhər sakinləri öz evinə qonaq kimi dəvət etmiş, həmin tarixdə saat 19:30 radələrində ona məxsus evdə çay içmək və söhbət etmək üçün yığışmışlar. Sonra isə evdə çay içib,söhbət edən zaman onları Şamaxı rayon polis şöbəsinə dəvət etmişlər. Eyni zamanda bildirdi ki, o evindəki yığıncaqla bağlı hər hansı bir orqandan icazə almamış, çünki həmin şəxslər onun qonaqları imiş, onlar sadəcə çay içib söhbət etmişlər. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin 20 dekabr 2022-ci il tarixli MN ******* saylı protokolundan görünür ki, Şəxs 20 dekabr 2022-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində dini ayinlərin icrası ilə əlaqədar olmayan ədəbiyyat dərnəkləri ilə qrupları təşkil etmişdir. İş materiallarında olan fotoşəkillərdən və eləcədə baxış və götürmə haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şamaxı rayon polis şöbəsinin əməkdaşları, iştirakçılar və hal şahidləri ilə birlikdə Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən yaşayış evinə baxış keçirilməzdən əvvəl həmin yerdə olan ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində vaşayan Şəxs, evinə baxış keçirilməsinə etirazı olub olmaması və həmin ünvanda qanunsuz olaraq dini fəaliyyətlə məşğul olunub-olunmaması soruşulduqda, Şəxs həmin ünvana baxış keçirilməsinə etirazını olmadığını, həmçinin orada hər hansı qanunsuz dini fəaliyyətlə məşğul olunmadığını, münasibəti olan bəzi dindarları çay içib söhbət etmək üçün evinə qonaq çağırdığını bildirmişdir. Şəxs razılığı nəzərə alınmaqla iştirakçıların iştirakı ilə həmin ünvana baxış keçirildi. Baxış zamanı evin bir mərtəbəli olması, 5 otaqlı evdən ibarət olan, evin giriş hisəsində birinci otaq qonaq otağı, ikinci otaq isə namaz qılmaq üçün nəzərdə tutulmuş otaq olmaqla, solda sanitar qovşağı və mətbəx iki ədəd yataq otağı vardır. Otaqlarda ümumi sayı 90 ədəd olan Azərbaycan, Türk və Ərəbə dillərində nəşr edilmiş, dini kitablar, 3 ədəd DVD disk və Ml-27 markalı ********* nömrəli qoşa lüləsi olan ov tüfəngi və bir ədəd patron və bir ədəd planşet və iki ədəd lövhə aşkar olunub götürülmüşdür. İş materiallarında olan Şamaxı RPŞ-nin təhqiqatçısı, polis baş leytenantı Vüqar Mehralıyevin raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə rayon polis şöbəsinin cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili X4 həmin tarixli raportu daxil olmuşdur. Araşdırma zamanı Şamaxı şəhəri, M.Ə.Rəsulzadə 63 saylı evdə qeydiyyatda olmaqla həmin evdə yaşayan X30, şamaxı rayonu Sabir qəsəbəsində qeydiyyatda olmaqla həmin evdə yaşayan X17, ünvan 5 ünvanda yaşayan X8, ünvan 6lı evdə qeydiyyatda olmaqla, Şamaxı şəhəri Xətai küçəsi ev 39-də yaşayan X9, Şamaxı şəhəri M.Maqamayev küçəsi ev 17-də qeydiyyatda olmaqla, Şamaxı şəhəri M.Maqamayev küçəsi ev 17-də yaşayan X40, Şamaxı rayonu Şəhriyar qəsəbəsində qeydiyatda olmaqla həmin ünvanda yaşayan X5 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmiş, ünvan 8 ünvanında qeydiyyatda olmaqla, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Şəxs əməlində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. İş materiallarında olan X1, X21, X22, X6, X3, X47, X31, X32, X48, X2, X49, X48, X7, X33, X23, X50, X34, X9, X24, X25, X10, Şəxs, X8, X51, X26, X11, X18, X52, X58, X27, X35, X19, X12, X20, X53, X28, X46, X36, X13 izahatlarından görünür ki, onlar 20 dekabr 2022-ci il tarixdə Şamaxı rayonu Şəhriyar qəsəbəsində Şəxs məxsus evə yığışmaqla, dini mərasimlərin təşkil etmişlər. İş materiallarında olan video diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, evin bir otağına bir neçə şəxs yığışmış, onlar stul, divan, kreslo və yerdən əyləşmişlər. Onlar hamısı baş tərəfdə oturan şəxsə qulaq asırlar və önləri boşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs doqquzu yetkinlik yaşına çatmamış şəxs, ümumilikdə 39 nəfərin iştirakı olmaqla dini ibadət yerlərindən və ziyarətgahdan kənarda müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi qurumun razılığı olmadan 20 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Şamaxı rayonu Şəhriyar qəsəbəsində Şəxs evində kütləvi dini mərasim keçirməklə kütləvi dini yığıncağın təşkilini və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarını pozmuşdur. Bununlada toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir. Öz dini əqidəsinə görə hər kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Qanunun 6-1 maddəsinə əsasən kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirlir; kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahdan kənarda yalnız müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın(qurumun) razılığı ilə təşkil olunur. Azərbaycan Respublikasının İXM-nin 515.0.3-cü maddəsinə əsasən ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 515.0.3cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1800 (min səkkiz yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-309/2022
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-309/2022
21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver