Məhkəmə qərarları › İş №3(074)-313/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-313/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-313/2021 19.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 12.08.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X13 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(074)-809/2019 saylı icra sənədi üzrə iddiaçı X4 (tələbkara) məxsus göstərilən cehiz əmlaklar və komplekt (kolye, boyunbağı, üzük, sırğa, qolbaq) 30 qr 2200 manat dəyərində, 2. nişan üzüyü üstündə beşbarmaq şəkli olan - 400 manat dəyərində, evlilik təklifi zamanı verilən tək qaş üzük, 250 manat dəyərində, ad gününə hədiyyə verilən obodok üzük- 200 manat, qırmızı qaşlı üzük qiyməti 500 manat, sadı üzük 300 manat dəyərində, ümumi 3850 manatlıq qızıl zinət əşyaları, cehiz əmlakları və qızıl zinət əşyaları naturada və ya onların pulla dəyəri müştərək qaydada cavabdehlər X14, Şəxs və X2 alınaraq iddiaçı X4 verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclulara tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq təqdim edilmişdir. Borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Halhazırda Şəxs icra sənədi üzrə ödənilməmiş 3850 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmiş, lakin qızıl əşyaları ilə bağlı hissədə maddi imkanı olmadığından borcunu tam şəkildə ödəyə bilməmişdir. Hal-hazırda borcu 3850 manat təşkil edir. Bu gün də, 100 manat məbləğində ödəniş etmişdir. Qalan borcunu hissəvi, yəni hər ay 100-200 manat olmaqla ödəyib bitirəcəkdir. Maddi imkanının çox çətin olmasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və tələbkarın nümayəndəsi X7 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və 3850 manatlıq qızıl zinət əşyalarının pulu alınıb ona verilməsini xahiş etmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(074)-809/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, icra sənədində iddiaçı X4 (tələbkara) məxsus göstərilən cehiz əmlaklar və komplekt (kolye, boyunbağı, üzük, sırğa, qolbaq) 30 qr 2200 manat dəyərində, 2. nişan üzüyü üstündə beşbarmaq şəkli olan - 400 manat dəyərində, evlilik təklifi zamanı verilən tək qaş üzük, 250 manat dəyərində, ad gününə hədiyyə verilən obodok üzük- 200 manat, qırmızı qaşlı üzük qiyməti 500 manat, sadı üzük 300 manat dəyərində, ümumi 3850 manatlıq qızıl zinət əşyaları, cehiz əmlakları və qızıl zinət əşyaları naturada və ya onların pulla dəyəri müştərək qaydada cavabdehlər X14, Şəxs və X2 alınaraq iddiaçı X4 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 25 noyabr 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(074)-809/2019 saylı icra sənədi üzrə icraata başlanmış və borclular X14, Şəxs və X5 icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan 3579/3 saylı, 29 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, icra sənədinin məcburi icrası Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən 09.07.2021-ci il saat 11:30-a təyin edilmişdir. İş materiallarında olan 09 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə Şamaxı rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(074)-809/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə cehiz əmlakları bütövlüklə borclulardan alınaraq tələbkarın nümayəndəsi X6 təhvil verilmişdir. Lakin icra sənədində göstərilən 3850 manatlıq qızıl zinət əşyaları aşkar olunamamış, borclulara hüquq və vəzifələri izah olunraq qızıl zinət əşyalarının dəyərinin ödənilməsi bildirilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan köçürmə vərəqəsindən görünür ki, Şəxs tərəfindən 19.08.2021-ci il tarixdə X3 hesabına 100 manat məbləğində pul köçürməsi olunmuşdur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, heç bir yerdə işləmədiyindən və maddi imkanı olmaığından borcunu ödəyə bilməmişdir. Yalnız 19.08.2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar