Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-319/2024 30.04.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mecid oğlunun iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şamaxı rayonu, Çuxuryurd kəndində qeydiyyatda olan Şəxs Mecid oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Mecid oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Çuxuryurd kəndində polis əməkdaşlarına qarşı uca səslə nalayiq ifadələr işlədərək qanuni tələblərə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs Mecid oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mecid oğlu izahat verib bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Çuxuryurd kəndində hərəkətdə olan zaman Yol patrul xidməti əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, oda saxlamış, ona qayda pozuntusunu izah etmişlər. Lakin o, onlara bildirmiş ki, onun avtomobilini digər avtomobil ötdüyü üçün o, surət həddini qaldırmışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər, oda onlarla birlikdə Şamaxı rayon Polis şöbəsinə gəlmişdir. Polis əməkdaşları ilə arasında heç bir başqa mübahisə olmamışdır. Etdiyi əmələ görə çox peşmandır, içkili vəziyyətdə olmuş, nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin DYPBnin YPX-nin inspektoru, X3 izahatında bildirdi ki, Şamaxı rayon Çuxuryurd kəndində DYPB-nin baş inspektoru polis baş leytenantı Rüxsar Məmmədovla xidmət aparan zaman təhlükəsiz şəhər kameralarından **-AZ-*** dövlət qeydiyyat nişanlı “RANGE ROVER” markalı avtomobilin təhlükəli manevrlər etməsi bildirilmiş, onlar hadisə yerinə yaxınlaşıb sürücüyə saxla işarəsi vermişlər. sürücü avtomobili saxlamış, düşdükdən sonra ona yaxınlaşaraq özlərini təqdim edib ona pozduğu qayda pozuntusunu və qanuni tələblərini izah etmişlər, barəsində tədbir görülməsi üçün RPŞ-nə dəvət etdikdə isə o isə spirtli içkinin təsiri altında olduğu üçün onların iradlarını səmimi qəbul etməyərək onlara qarşı uca səslə nəlayiq ifadələr söyuş və təhqirlər işdətməyə başlamış, onların ona xəbərdarlıq etdikdə isə o öz qərəzli hərəkətlərini davam etdirərək onların qanunu tələblərinə qəstdən tabe olmaqdan boyun qaçırtmış, daha sonra sürücü tərəflərindən barəsində qanuni tədbir görülməsi üçün rayon polis şöbəsinə dəvət edilmişdir. Rayon Polis Şöbəsində həmin şəxsin Şəxs Mecid oğlu olması məlum olmuşdur. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin DYPB-nin YPX-nin Baş inspektoru, polis baş serjantı Ruxsar Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində Şamaxı RPŞ-nin DYPB-yə məxsus “KİA" markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomaşınında YPX-nin inspektoru polis baş serjantı Samir Hacıyev ilə birlikdə Şamaxı rayon, Çuxuryurd kəndində xidmət aparan zaman Təhlükəsiz Şəhər kameralarından **- AZ-*** dövlət qeydiyyat nişanlı “Range Rover” markalı minik avtomobilinin təhlükəli manevrlər etməsi bildirilmiş, onlarda məlumat əsasında oraya yaxınlaşaraq həmin avtomobilə saxla işarəsi vermişlər, vətəndaş avtomobili saxlayaraq düşmüş, onlar ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona pozduğu qayda pozuntusunu və qanunun tələblərini izah etmişlər, orada vətəndaşın spirtli içkinin təsiri altında olmasını görmüşlər, onu barəsində qanuni tədbir görülməsi üçün Rayon polis Şöbəsinə dəvət etdikdə isə o, onlara qarşı uca səslə nalayiq ifadələr, söyüş və təhqirlər işlətməyə başlamış, onlar ona dəfələrlə xəbərdarlıq etsələrdə belə o, öz qərəzli hərəkətlərini davam etdirərək onların qanuni tələblərinəə qəsdən tabe olmaqdan boyun qaçırmış, bundan sonra sürücü barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə dəvət olunmuşdur. RPŞ-də həmin şəxsin Şəxs Mecid oğlu olduğu məlum olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AZA № 019685 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın gedişatını təmin etmək məqsədi ilə Şəxs Mecid oğlu xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 42 saylı “Sərxoşluq vəziyyətinin tibbi müqayinəsi” aktından görünür ki, Şəxs Mecid oğlu xx.xx.2024-cü il tarixdə saat 23:20 radələrində sərxoş vəziyyətdə olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Mecid oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs Mecid oğlunun əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, Şəxs inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Şəxs Mecid oğluna inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun ailə vəziyyətini nəzərə alıb, hesab edir ki, Şəxs Mecid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəri ilə təqsirli bilinməli və ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Mecid oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin və İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 ( yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-319/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-319/2024
30.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver