Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-323/2024 01.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 21 yanvar 1973-cü ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verib bildirdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-727/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı rayon məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Şəxs 20.000 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 20000 manat borcu vardır. Borclu Şəxs icra sənədi üzrə hal-hazıra kimi heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq, heç bir ödəniş edə bilməmişdir. Psixi vəziyyəti gərgin olduğu üçün Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən psixatriya xəstəxanasında müalicə alır. O, tələbkardan 5000 manat götürmüşdür. Həmin puldan 760 manatı Zərərçəkmiş şəxs götürmüş 4240 manat pulu isə ona verib. Onu aldatmış, ona 20.000 manat borcunun olması barədə ona qol çəkdiriblər. Zərərçəkmiş şəxs onunla razı olsa idi hər ay 100 manat pul ödəyərdi. Əvvəllər ticarətlə məşğul olmuş, təxminən 2019-cu ildən xəstə olmuş, ticarətlə məşğul olmamışdır. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4 izahat verib bildirdi ki, borclu Şəxs səhhətində yaranmış xəstəliklə əlaqədar olaraq, ödənişlər edə bilməmiş, fəaliyyəti qabiliyyət olub-olmaması aydınlaşdırılmalıdır. Müdafiəçi bunların nəzərə alınaraq işin icraatının dayandırılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs dedikləri hamısı yalandır. Borclunun xəstə olmasını sübut olması barədə heç bir sənədi yoxdur. Əgər o, xəstə olsaydı, 5 ildə təqaüdə çıxardı. Ona heç kim məcbur etmir ki, o, birdəfəyə 20000 manat pulu ödəsin. Borclu hal-hazırda 10000 manat ödəniş etsə, qalan 10000 manatı ona bağışlayar. Borclu ilə müqavilə bağlayarkən ona müqavilənin bir nüsxəsi verilmişdir. Odur ki, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 17 fevral 2021-ci il tarixli 2(105)- 727/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs apelyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı rayon məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Şəxs 20.000 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 13 aprel 2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1973-cü təvəllüdlü, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda oaln Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 3(074)- 273/2022 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Həkim-Psixiatrik komissiyasının rəyinin surətindən görünür ki, Şəxs qayıdan depresiv pozuntu, orta dərəcəli növbəli depressiya epizodu diaqnozu qoyulmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli 8(074)- 125/2023 saylı qərardadın surətindən görünür ki, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan xx.xx.1973-cü il təvəllüdlü Şəxs ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərdiyi 2 saat hüquqi yardıma görə 12 manat pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-323/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-323/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver