Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-327/2021 30.08.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sabirabadı rayonu, Çiçkəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 30.08.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs 2021-ci ilin iyun ayının sonlarında özünə məxsus avtomobillə Şamaxı şəhəri Nəsimi küçəsində Aişəxanım və Nərminin olduğu avtomobilin qarşısını kəsərək küçədə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan başqa o, Nərminin telefonuna zəng edərək nalayiq ifadələr işlədərək onu narahat etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, təxminən bir il əvvəl o, Nərmin adlı şəxsin işlədiyi Dövlət Aqrar inkişaf mərkəzinə getmişdir. Orada olan zaman o, Nərmini görmüş və ondan xoşu gəlmişdir. Onunla ailə həyatı qurmaq niyyətində olduğundan mütəmadi olaraq onu izləmiş, ona istədiyini bildirmək istəmiş, lakin ona yaxınlaşa bilməmiş, onların ünvanına elçi göndərmişdir. Amma Nərmin onunla ailə həyatı qurmağa razılıq verməmişdir. Təkrar olaraq o, onunla münasibət qurmaq və ona istədiyini söyləmək üçün onun nömrəsini taparaq ona mesaj yazıb elçi gəlmək istədiyini bildirmişdir. Lakin Nərmin ona telefonda heç bir söz deməmişdir. İyun aylarının sonunda Nərmin ilə Aişəxanım avtomobil ilə Nəsimi küçəsində gedərkən o, özünə məxsus avtomobil ilə onların avtomobilinin qarşısını kəsib, Nərminə yaxınlaşıb onu istədiyini və elçi göndərmək məqsədinin olduğunu söyləmək istəmiş, lakin onlara qarşı hər hansısa bir təhqiramiz ifadə işlətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verib bildirdi ki, o, Zərərçəkmiş şəxs2 ilə birlikdə Şamaxı şəhərində yerləşən Dövlət Aqrar inkişaf mərkəzində işləyir. Təxminən bir il əvvəl sonradan adı onlara məlum olan Bəxtiyar adlı şəxs onların işlədiyi idarəyə gələrək torpaq ilə bağlı sənədlərini düzəltdirməyə başlamışdır. Həmin vaxtı o onlara mənalı şəkildə baxdıqdan sonra onların arxasınca gələrək onları izləmiş, ağacların arxasında dayanaraq onları qorxutmağa başlamışdır. Onlar hər dəfəsində evə gedən zaman onlara söz ataraq onları narahat edirmiş. Sonradan Aişəxanım özünə şəxsi avtomobil almış və onunla yaxınlıqda yaşadığından hər gün Aişəxanım onu evdən götürüb özü ilə birlikdə işə aparıb evə gətirmişdir. Bəxtiyar adlı şəxsin bacısı bir dəfə ona yaxınlaşaraq qardaşının onunla evlənməsini və bu səbəbdəndə onlara elçi gələcəyini bildirmiş, lakin o bununla razı olmamışdır. Bundan sonra Bəxtiyar adlı şəxs onun telefon nömrəsini taparaq mütəmadi olaraq onu telefonda narahat etmişdir. 2021-ci ilin iyun ayının sonlarında o Aişəxanım ilə birlikdə avtomobil ilə Nəsimi küçəsində gedən zaman Bəxtiyar adlı şəxs özünə məxsus Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək onların avtomobilinin qarşısını kəsib avtomobildən enərək onlara yaxınlaşmış, o əyləşən istiqamətdə qapını açmaq istəyən zaman Aişəxanım avtomobilin qapısını bağlamış və qapını açmağa imkan verməmişdir. Bu səbəbdəndə o küçədə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar bu barədə ilk əvvəl şikayət etmək istəməsələrdə son iki həftədə görmüşlər ki, Bəxtiyar adlı şəxs onları avtomobil ilə izləyir və onlara dəfələrlə bilərəkdən qəza şəraiti yaradır. Buna görə də, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verib bildirdi ki, o, Zərərçəkmiş şəxs1 ilə birlikdə Şamaxı şəhərində yerləşən Dövlət Aqrar inkişaf mərkəzində işləyir. Təxminən bir il əvvəl sonradan adı onlara məlum olan Bəxtiyar adlı şəxs onların işlədiyi idarəyə gələrək torpaq ilə bağlı sənədlərini düzəltdirməyə başlamış, həmin vaxtı o onlara mənalı şəkildə baxdıqdan sonra onların arxalarınca gələrək onları izləməyə başlamış, ağacların arxasında dayanaraq onları qorxutmağa başlamış, onlar hər dəfə evə gedən zaman onlara söz ataraq onları narahat etmişdir. Sonradan o özünə şəxsi avtomobil almış və Nərmin onunla yaxınlıqda yaşadığından o hər gün onu evdən götürüb özü ilə birlikdə işə aparıb evə gətirmişdir. Bəxtiyar adlı şəxsin bacısı bir dəfə Nərminə yaxınlaşaraq qardaşının onunla evlənməsini və bu səbəbdəndə onlara elçi gələcəyini bildirmiş, lakin Nərmin buna razı olmamışdır. Bundan sonra Bəxtiyar adlı şəxs Nərminin telefon nömrəsini taparaq mütəmadi olaraq onu telefonda narahat etmiş, 2021-ci ilin iyun ayının sonlarında onlar avtomobil ilə Nəsimi küçəsində gedən zaman Bəxtiyar adlı şəxs özünə məxsus Vaz 2106 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gələrək onun avtomobilin qarşısını kəsib avtomobildən enərək onlara yaxınlaşmışdır. Bəxtiyar adlı şəxs Nərmin əyləşən istiqamətdə qapını açmaq istəyən zaman o avtomobilin qapısını bağlamış və qapını açmağa imkan verməmiş, bu səbəbdəndə o küçədə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Bu barədə ilk əvvəl şikayət etmək istəməsələrdə son iki həftədə görmüşlər ki, o onları avtomobil ilə izləyir və onlara dəfələrlə bilərəkdən qəza şəraiti yaradır. Buna görə də, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 30.08.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2021-ci ilin iyun ayının sonlarında özünə məxsus avtomobillə Şamaxı şəhəri Nəsimi küçəsində Aişəxanım və Nərminin olduğu avtomobilin qarşısını kəsərək küçədə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, Şəxs ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 11 (on bir) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-327/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-327/2021
30.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver