Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-329/2021 02.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlu, X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində tərtib edilmiş İXP ******* saylı, 25 avqust 2021-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, 25 avqust 2021-ci il tarixdə axşam saatlarında Şamaxı rayonunun çıxışında hərəkət edərkən polis əməkdaşı maşınını saxlayaraq yol hərəkət qaydalarını pozduğunu bildirmişdir. Ondan hansı qaydanı pozduğunu soruşduqda o, artıq qeyri-qanuni olaraq ona cərimə yazmağa başlamışdır. O. polisdən yol hərəkəti qaydasını pozmasının sübutu haqda aydın görünən fotoşəkli və videogörüntünü təqdim etməsini tələb etmişdir. Lakin o, fotoşəkli və videogörüntünü ona göstərməkdən imtina etmişdir. Aşkar göründü ki, polis kapitanı ona böhtan atır, onun yol hərəkəti qaydasını pozması barədə sübutu yoxdur. Polis ona İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə yazıb. Lakin həmin protokola faktın sübutu üçün fotoşəkillər və videogörüntü əlavə edilməmişdir. Digər tərəfdən protokolda onun hol hərəkəti qanunlarını harda pozmağı qeyd olunmamışdır. Qeyd etdiyi səbəbdən barəsində tərtib edilmiş cərimə protokolu tam əsassızdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, şikayət sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayətin məzmunundan müəyyən olunur ki, X3 inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan şikayət vermiş, şikayətdə həmin protokolu mübahisələndirərək protokolun ləğv edilməsini xahiş etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuş və şikayət verilərkən mübahisələndirilən qərar və qərarın hansı tarixdə əldə edilməsinə dair sübutlar mütləq şəkildə şikayətə əlavə olunmalı, inzibati xəta haqqında protokoldan şikayət verilməsi isə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə, X2 izah edir ki, o, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında qərarı əldə etdiyi vaxtdan qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində (İXM-nin 130.1-ci maddəsi) qərarın surətini şikayətə əlavə etməklə həmin qərardan məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (maddə 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (maddə 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (maddə 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (maddə 106.0.5) həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-329/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-329/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver