Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-33/2021 21.01.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, X2 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1-ci maddəsi ilə təqsirli bilinmiş və 2500 manat məbləğində cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət vermiş, həmin verilmiş şikayət isə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə daxil olmuş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(004)-216/2021 nömrəli qərardadı ilə şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Materialları nəzərdən keçirərək hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən göndərilmiş materialın icraata qəbul edilməsindən imtina edilməli və materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün material Sumqayıl Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli 3(004)- 216/2021 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, X1 yaşayış yeri üzrə qeydiyyatı ünvan 1 ünvanındadır və İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şəxsin yaşayış yeri üzrə məhkəməyə verilməlidir. İş materiallarında olan MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 168A ünvanında yerləşən Şam kafesinin ətrafında xx.xx.2020-ci il tarixdə monitorinq keçirilən zaman atmosferə atılan dəm qazının normadan artıq olduğu aşkar edilmişdir. Bu səbəbdən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsidə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati protokol tərtib edilmişdir. Lakin İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilə bilər. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti hüquqi şəxs olduğundan və qeydiyyatı Bakı şəhəri Yasamal rayonunda olduğundan, həmçinin İXM-nin 110.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati xətanın törədildiyi yer Bakı şəhəri Yasamal rayonunda olduğundan inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. X2 isə həm hüquqi şəxsin ünvanının olduğu yer, həm də inzibati xətanın törədildiyi yer üzrə yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” xx xxxxxx 2020-ci il qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati Xətalar Məcəlləsində Mülki və Cinayət Prossesual Məcəllərindən fərqli olaraq məhkəmələr arasında yaranan fikir ayrılığının aradan qaldırılmasının prosesual qaydası nəzərdə tutulmamışdır. Lakin məhkəmə qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edirəm ki, yaranmış hüquqi anlaşılmazlığın və məhkəmə aidiyyatı ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün qanunun analogiyasından istifadə olunmalı və Azərbaycan Respublikası CPM-in 77.1-ci maddəsinə əsasən iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, İXM-nin 128.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikasının CPM-in 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apelyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Hesab edirəm ki, materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığı vardır. Buna görə də materialın icraata qəbul edilməsindən imtina edilərək, materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün material Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-nin 109.1.7, 110.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materialın icraata qəbul edilməsindən imtina edilsin. İnzibati xəta haqqında materialın aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün material Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilsin. HAKİM: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-33/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-33/2021
21.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver