Məhkəmə qərarları › İş №3(074)-33/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-33/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-33/2023 20.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Səlahiyyətli orqan Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, Şamaxı rayon Polis Şöbəsinin YPX-nin baş ispektoru X3 tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şamaxı rayon Polis Şöbəsinin YPX-nin baş ispektoru X3 tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.1 və 342.2.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X4 şikayət verərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, **-BB-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı minik avtomobilinin mülkiyyətçisidir və onu idarə edir. Ərizəyə daxil etdiyi AD N 959014 saylı, xx.xx.2020-ci il tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, bu minik avtomobili onun mülkiyyətindədir. AE 957463 saylı, xx.xx.2015-ci il tarixli sürücülük vəsiqəsindən görünür ki, xx.xx.2025-ci ilədək onun BC kateqoriyası üzrə avtomobilləri sürücü kimi idarə etmək səlahiyyəti vardır. 01 fevral 2023-cü il tarixdə mülkiyyətində olmaqla idarə etdiyi **-BB-*** dövlət qeydiyyat nişanlı, VAZ 2106 markalı minik avtomobili ilə usta yanına gedərkən Şamaxı Rayon Dövlət X5 maşınını saxlatmışlar və avtomobilini aparıb cərimə meydançasına qoymuşlar. O, polis əməkdaşlarından bunun səbəbini soruşanda bildirmişlər ki, avtomobilində arxa qapının şüşələri rəngli (qara) olduğundan guya qayda pozuntusuna yol vermişdir. Ona görə də inzibati xəta törətdiyini bildirmişlər və onun cərimə olunacağı barədə əvvəlcə şifahi məlumat vermişlər. O, cavab vermiş ki, maşının arxa yan şüşələrinin belə olması zavod istehsalıdır, o onlara hər hansı rəng, boya çəkdirməmişdir. Şamaxı DYP-nin əməkdaşları buna görə ondan 100 (yüz) manat pul istəmişlər. Lakin pulu olmadığına görə onlar onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.2.4 və 342.2.1-ci maddələri ilə təqsirli bilib əsassız yerə 150 (yüz əlli) manat cərimə etmişlər. Minik avtomobili isə Şamaxı DYP-nin cərimə meydançasında qalmaqda davam edir. Şamaxı Rayon DYP əməkdaşını yalnız pul, rüşvət maraqlandırırdı. O, Şamaxı Rayon DYP əməkdaşına bildirmişdir ki, təqsiri yoxdur lakin onun təqsirsiz olmağı DYP əməkdaşını maraqlandırmamışdır. DYP əməkdaşı tərəfindən o əsassız yerə günahlandırılmışdır. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı protokolu əsasında, yenə xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4 və 342.2.1-ci maddələri ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Ona təqdim olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* saylı cərimə qərarı tam əsassızdır və həqiqəti əks etdirmir. Ona görə də bu qərar ləğv olunmalıdır. Məhkəməyə onu da bildirmişdir ki, inzibati protokol və qərar dərhal həmin gün verilməli olduğu halda üstündən 3 gün keçdikdən sonra elektron informasiya sisteminə daxil edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 izahat verərək bildirdi ki, onun maşınının tormozu nasaz olduğundan ustaya gedirmiş, həmin gün polis əməkdaşları tərəfindən onun avtomobili saxlanılmışdır. Onun avtomobili VAZ 2106 markalı minik avtomobildir. O avtomobilininə heç bir konstruksiya dəyişikliyi etməmiş, belə almışdır. O, şöbəyə getmiş, amma heç bir araşdırma olmamışdır Odur ki, barəsində qəbul edilmiş 03 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati işə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, avtomobili Rusiya Federasiya istehsalı olsa da üzərindəki yan şüşələr isə “Fiat” markalı avtomobilə məxsus olsa da bunu özü dəyişdirməmiş, avtomobili alarkən üzərində olmuşdur. Məhkəmə iclasında iştirak edən Şamaxı rayonu Yol Patrul Xidməti baş inspektoru polis leytenantı X3 izahat verərək bildirdi ki, avtomobil sürücünün sağ və sol yan şüşələri tünd olduğundan saxlanılmış və ona şüşlərin tünd olması izah edilmişdir. Şüşələrin tünd olmasını ölçmək üçün cihazın şöbədə olduğu üçün şöbəyə dəvət olunmuşdur. Avtomobil şöbəyə aparılarkən avtomobilin əyləc sisteminin işləməməsi müəyyən olunmuşdur. Təlimata uyun olaraq, istismarı nasaz olan nəqliyyat vasitəsini hərəkətdən kənarlaşdırmalıdır. Ona görə də barəsində protokol tərtib olunmuşdur. X2 etdiyi qayda pozuntusunu təsdiq edən görüntülər olan 1 ədəd diski və sənədlərin surətlərini məhkəməyə təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 03 fevral 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 03 fevral 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 19:44 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.1 və 342.2.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 150 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında təqdim edilmiş görüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, X4 “VAZ 2106” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqlliyyat vasitəsini idarə edərkən ban şüşələri “FİAT” markalı avtomobilə aid ban şüşələri olmuş və əyləc sistemi nasaz olaraq idarə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.1 və 342.2.4-cü maddələri tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına və nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X2 nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərinə riayət etməməsi və bununla da İXM-nin 342.2.1 və 342.2.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirildiyindən, onun qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şamaxı rayon Polis Şöbəsinin YPXnin baş ispektoru X3 tərəfindən qəbul edilmiş 03 fevral 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar