Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-332/2021 08.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Mən Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlu, X2 Şamaxı rayonu Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən tərtib edilmiş 16 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibari xətanın törədilməsinə görə 50,0 manat məbləğində inzibati cərimə edilmişdir. X4 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Şamaxı rayonu Yol Patrul Xidməti İnspektoru polis serjantı X3 tərəfindən 16 iyun 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət onu vermiş şəxsə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında 16 iyun 2021-ci il tarixli TP ******* nömrəli qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibari xətanın törədilməsinə görə 50,0 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İXM-nin 125.2.2 və 125.2.3-cü maddələrinə əsasən eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron internet internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir”, “inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarda birlikdə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 gün ərzində müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Beləliklə, təqdim olunmuş sənədlərlə X2 Azərbaycan Respublikası İXM-nin 130.1 -ci maddəsinin tələblərinə əməl etməsi halı müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. Beləliklə, müəyyən olundu ki, X2 16 iyun 2021-ci il tarixdə inzibati xəta törətməsi barədə verilmiş qərardan məlumatı olmasını nəzərə alaraq hesab edirəm ki, Şamaxı rayonu Yol Patrul Xidməti İnspektoru polis serjantı X1 16 iyun 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin buraxılması icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 109, 130,132-ci maddələrinə əsasən, QƏRARA ALDİM: Şamaxı rayonu Yol Patrul Xidməti İnspektoru polis serjantı X1 16 iyun 2021-ci il trixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair X6 oğlunun şikayəti geri qaytarılsın. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-332/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-332/2021
08.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver