Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-333/2021 13.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 16.01.1978-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şamaxı rayon Şəhriyar qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 28.07.2021-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs döyərək, ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 26.07.2021 -ci il tarixində evdə olan zaman qəflətən güclü yağış yağmağa başlamış, o, həyətə çıxdıqda qonşusu Poladın onun qapısının önün qazdığını görmüş və ona niyə belə etdiyini soruşduqda, o yağış suyu uçun yol açdığını bildirmışdir. O, həmin yola bir müddət əvvəl xərc çəkdiyini və bunu dayandırmasını tələb etdikdə qonşusu Polad onun sözlərinə məhəl qoymayarq öz işinə davam etmişdir. Artıq aralarında mübahisə şiddətlənməyə başlamış və Polad ona nalayiq söyüş söymüş, bu an o da onu söymüş və ona iki sillə və bir təpik vurmuşdur. Odur ki, Şəxs əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 28 iyul tarixində evdə olan zaman qəflətən güclü yağış yağdığının şahidi oolmuşdur. Dərhal həyətə çıxaraq evin arxa tərəfinə keçərək yağış suyu üçün yol açmağa başlamış, çünki həmin yağış suyu onun evinin arxa tərəfinə axmağa başlamışdır. Bu zaman qonşusu Şəxs evdən çıxaraq ona qarşı nalayiq ifadələr işlədərək niyə yolu qazdığını söyləmiş, sonra üstünə gələrək boğazından yapışaraq onu sıxmış, əlindəki alətlə onu vurmağa başlamışdır. Bundan sonra aralaşdıqdan sonra mantirovka götürərək üstünə gəlməyə başlamışdır. Həmçinin onları aralamaq istəyən yaşlı anasına qarşı da gələrək onu vurmaq istəmişdir. Odur ki, Şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı X1 izahat verib bildirdi ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs 28 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək, Sehrab adlı şəxs tərəfindən dəmir parçası ilə döyməsini və daşlanmasını bildirmişdir. Təhqiqat araşdırma zamanı, 28.07.2021-ci il tarixində Şəhriyar qəsəbəsində yaşayan Şəxs qonşusu Zərərçəkmiş şəxs sağlamlığa zərər vumayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahat ilə MTE-nin 30 iyul 2021ci il tarixli 299 saylı rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vumayan, dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İş materiallarında olan 26.08.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanılmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, ünvan 1-də qeydiyyatda olan, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. Həmçinin qərarada qeyd olunmuşdur ki, 28 iyul 2021-ci il tarixdə Şəhriyar qəsəbəsində yaşayan Şəxs qonşusu Zərərçəkmiş şəxs sağlamlığa zərər vumayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı alınmış izahat ilə MTE-nin 30 iyul 2021-ci il tarixli 299 saylı rəyi ilə öz təsdiqini tapsa da, həmin hadisə zamanı Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi öz təsdiqini tapmamışdır. Şəxs Zərərçəkmiş şəxs sağlamlığa zərər vumayan, dərəcəsinin təyin edilməməsi göstərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növlərindən inzibati qaydada cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan 10 gün müddətinə müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-333/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-333/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver