Məhkəmə qərarları › İş №3(074)-335/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-335/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-335/2020 12.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şiraliyev Rafiq Dönməz oğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Türkmənistan Respublikasının Bezmen şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şiraliyev Rafiq Dönməz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 334.1, 334.2 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şiraliyev Rafiq Dönməz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 334.1 və 334.2-ci maddələri ilə İXP № ******* saylı, 535.1-ci maddəsi ilə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şiraliyev Rafiq Dönməz oğlu xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində Vaz 21043 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ və etibarnamə olmadan, eyni zamanda nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyinə görə inzibati tənbeh aldığı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şiraliyev Rafiq Dönməz oğlu özünü təqsirli bilərək izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində dostu X2 məxsus vaz Vaz 21043 markalı **- SA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonu Məlhəm kəndində yerləşən marketə getmiş, geri qayıdan zaman rayon polis şöbəsinin əməkdaşları ona saxla işərəsi vermiş, o, isə sərxoş olduğu üçün hərəkətə davam etmiş, ara küçələrə girərək evinə getmiş, qapıda olan zaman atasını səsləmiş, polis əməkdaşları onu xidməti avtomobilə mindirərəkən sərxoş olduğu üçün onların tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin əməkdaşı X3 izahat verib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində postaçı yoldaşları Cəlal Adgözəlov və Şəmsi Bəyalıyevlə birlikdə xidmətdə olan zaman Vaz 21043 markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünü şübhəli apardığı üçün ona saxla işarəsi vermiş, sonradan adının Şiraliyev Rafiq Dönməz oğlu olduğunu bildiyi sürücü saxla işarəsinə məhəl qoymayaraq ara yollarla hərəkətini davam etdirib Aşıq Məmmədağa küçəsində avtomobilini saxlamış, o, sürücü Şiraliyev Rafiq Dönməz oğluna yaxınlaşdıqda onun aşkar surətdə spirtli içki qəbul etdiyi və sərxoş vəziyyətdə olduğunu görmüş, bu səbəbdən Şiraliyev Rafiq Dönməz oğlunu rayon polis şöbəsinə dəvət etmiş, lakin Şiraliyev Rafiq Dönməz oğlunun tələblərinə tabe olmayaraq rayon polis şöbəsinə gəlməkdən imtina etmiş, o, yenidən nizam-intizama dəvət edilmiş, lakin yenidən polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis Şöbəsinin əməkdaşı X1 da şahid X3 ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2020-ci il tarixli № 02203 saylı qəbzdən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 04:43-də Şiraliyev Rafiq Dönməz oğlunda alkoqolun miqdarı 0,152 promil olmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(074)-251/2020 saylı qərarının surətindən görünür ki, Şiraliyev Rafiq Dönməz oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə təqsirli bilinmiş, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinin sanksiyası çərçivəsində 5 ( beş ) gün müddətinə inzibati həbs edilmişdir. İş materiallarında olan BB № 18953 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şiraliyev Rafiq Dönməz oğlu xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində inzibati qaydada tutulmuşdur. Şiraliyev Rafiq Dönməz oğlu tərəfindən törədilmiş bu inzibati xəta onun etirafedici izahatı ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin izahatları, iş materialları, inzibati xəta haqqında protokol və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Məhkəmə hesab edir ki, Şiraliyev Rafiq Dönməz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.2-ci maddələri üzrə inzibati xətalara dair işlərə baxılması məhkəmə aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməli, tərtib olunmuş protokol aidiyyəti üzrə baxılmasında ötrü Şamaxı rayon Polis Şöbəsinə göndərilməli, həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin tərkibi 334.1-ci maddəni əhatə etdiyi üçün isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə məhkəmə işi üzrə icraata xitam verilməli, Şiraliyev Rafiq Dönməz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2 və 535.1-ci maddələri təqsirləndirilməsinə dair işə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şiraliyev Rafiq Dönməz oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 334.2-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi şəkildə peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal, xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini isə məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şiraliyev Rafiq Dönməz oğlu barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan inzibati həbs növündə əsas cəza təyin olunmalı, xx.xx.2020-ci il tarixdə inzibati qaydada tutulduğu üçün inzibati həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şiraliyev Rafiq Dönməz oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyası çərçivəsində 19 (on doqquz) gün müddətinə inzibati həbs edilsin. Şiraliyev Rafiq Dönməz oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 332.2-ci maddələri üzrə inzibati xətalara dair işlərə baxılması məhkəmə aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin, tərtib olunmuş protokol aidiyyəti üzrə baxılmasında ötrü Şamaxı rayon Polis Şöbəsinə göndərilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Şiraliyev Rafiq Dönməz oğlu inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar