Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-335/2024 02.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 15 yanvar 1992-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, (074)-1104/2021 saylı saylı icra vərəqəsinə əsasən, Şəxs 562,21 manat əsas, 162,92 manat faiz, 5,12 manat cərimə olmaqla cəmi 730,25 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Şamaxı rayon Məhkəməsinin 2(074)-685/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli, SQK07345 saylı müqavilə üzrə 732 manat qalıq borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 762 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli cəmiyyətinə ödənilməlidir. Bundan başqa, Şamaxı rayon Məhkəməsinin 2(074)-1085/2023 saylı, xx.xx.2023-cü il tarixli vərəqəsinə əsasən, cavabdeh Şəxs 2400 (iki min dörd yüz) manat pul və ödənilmiş 44 (qırx dörd) manat dövlət rüsumu alınıb iddiaçı X2 verilməlidir. Lakin Şəxs borcunu ödəməmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmişdir. Borclu iş üzrə icra sənədləri üzrə heç bir ödəniş etməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədləri üzrə 3996,25 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs olan icra sənədi üzrə borcunu qəbul etmir. Belə ki, onun 3700 manat pulu və maşını əldən gedib, hər ay həmin şəxsə 500 manatdan pul ödəmişdir. O, savadsız olduğundan bilməmış və həmin qətnamə üzrə apelyasiya şikayəti verməmişdir. Digər iki icra sənədləri üzrə borcunu imkansızlıqdan ödəniş etməmiş, amma artıq "xxxx" KB ASC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə danışmış, onun üçün borcunu ödəməsi üçün yenidən qrafik açılacaq və o, borcunu ödəyəcəkdir. Lakin hazırda bu razılıqla bağlı onda heç bir sübut yoxdur. Odur ki, ona borcunu ödəməsi üçün məhkəmədən möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, Şəxs dedikləri hamısı yalandır. Belə ki, əgər qətnamədən narazılığı olubsa şikayət verərdi. Hazırda Şəxs ona olan 2444 manat borcunun ödənilməsini istəyirəm, əgər ödəniş edə bilmirsə, onda onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 1104/2021 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 562,21 manat əsas, 162,92 manat faiz, 5,12 manat cərimə olmaqla cəmi 730,25 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(074)- 1104/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 685/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli, SQK07345 saylı müqavilə üzrə 732 manat qalıq borcu və 30 manat cərimə borcu olmaqla, cəmi 762 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(074)- 685/2022 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)- 1085/2023 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 2400(iki min dörd yüz) manat pul və ödənilmiş 44(qırx dörd) manat dövlət rüsumu alınıb iddiaçı X2 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-1085/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, borclu xx.xx.1992-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs borclu olduğu, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1104/2021 saylı, xx.xx.2021-ci il tarixli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-685/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1085/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədləri bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliyi üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra vərəqələrinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-335/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-335/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver