Məhkəmə qərarları › İş №3(074)-336/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-336/2020

12.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-336/2020 12.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1961-ci ildə Gürcüstan Respublikasının Bolnissi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Aslanov X2 Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-465/2016 saylı icra sənədi üzrə 15530 ABŞ dolları məbləğində borcun icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədi üzrə öz üzərinə düşənləri yerinə yetirmiş, icradan yayınmamışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə borcundan 100 manat ödəniş etmiş, lakin sonra maddi imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Lakin maddi imkanı olduqca ödəyəcəyini bildirdi. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahat verib bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)-465/2016 saylı icra sənədinə əsasən Şəxs 15990,55 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu Azərbaycan Kredit Bankı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Borclu Şəxs borcunu ödəməsi barədə rəsmi və şifahi xəbardarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından yayınmışdır. Həmçinin Şəxs icra sənədi üzrə 15530 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(105)- 465/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs xx xxxxxx 2008-ci il tarixli KM/FŞ 650 saylı kredit müqaviləsi üzrə 15380,49 ABŞ dolları əsas və 610,06 ABŞ dolları, cəmi 15990,55 ABŞ dolları məbləği ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti ilə və 30 manat dövlət rüsumunun əvəzi cavabdeh Şəxs tutularaq Azərbaycan Kredit Bankı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, mülki iş üzrə 50 manat ekspertiza xərci Şəxs tutulmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № 001 saylı ödəniş tapşırığından görünür ki, Şəxs Azərbaycan Kredit Bank ASC-nin hesabına 100 manat köçürmüşdür. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan yayınmamış və boyun qaçırmamışdır. O, xx.xx.2020-ci il tarixdə borcundan 100 manat ödəniş etmişdir. Həmçinin borcundan ödəyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından yayınmamış, əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar