Məhkəmə qərarları › İş №3(074)-336/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-336/2021

15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-336/2021 15.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati protokol tərtib olunmuşur, ona görə ki, Şəxs 14.09.2021-ci il tarixdə sərxoş vəziyyətdə Şamaxı rayon Əngıxaran kəndi ərazisində nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşı Zərərçəkmiş şəxs qanuni tələblərinə tabe olmayaraq, hərəkətlərini davam etdirərək polis işçisinin qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 14.09.2021-ci il tarixində Çuxuryurd istiqamətindən Şamaxı şəhəri tərəfə gələrkən yolda qəzanın olduğunu görmüş, bu zaman oradakı insanlara kömək etmək məqsədi ilə qəza olan avtomobilə yaxanlaşmış, 4 nəfəri maşından çıxartmışlar. Sonradan YPX-nin əməkdaşları hadisə yerinə gəlmiş, bu zaman o onlarıda onlara kömək etməyə çağırmışdır. O, həmin anda çox həyacanlı olduğu üçün özündən asılı olmadan YPX-nin əməkdaşı ilə söz mübahisəsi etmiş və qeyri ixtiyar olaraq ünvansız söyüşlər söymüşdür. Hazırda əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPBnin YPX-nin inspektoru polis baş serjantı Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, 14.09.2021 -ci il tarixində saat təxminən 16:30 radələrində postaçı yoldaşı polis baş serjantı Ziya Gülüyevin idarə ediyi Kia markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə rayon ərazisində xidmətdə olarkən tanımadıqları bir nəfər şəxs avtomobilini saxlayaraq Şamaxı rayon Əngəxaran kəndinin üst tərəfində avto nəqliyyat hadisəsi olduğunu bildirdi. Buna görə də o, postaçı yoldaşı polis baş serjantı Ziya Güliyev ilə birlikdə ora yaxınlaşmışlar. Hadisə yerinə çatdıqda qəzaya düşmüş avtomaşının yolun kənar hissəsinə meşəlik hissəsinə düşdüyünü görmüşlər. O, avtomaşından düşərək ora yaxınlaşmış, ətrafda olan insanların köməyi ilə qəzaya düşmüş avtomaşında olan bir nəfər şəxsi çıxarmaqa başlamışlar. Həmin şəxsi yolun kənarına çıxartmışlar. Onlar orada olarkən bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlədərək söyüşlər söydüyünü görmüşlər. Həmin şəxsə özünü təqdim edib söyüşlər söyməməyini bildirmiş, lakin həmin şəxs öz hərəkətlərini davam etdirmişdir. O, yenidən həmin şəxsə söyüşlər söyməməyini bildirsədə, o ona qarşıda nalayiq ifadələr işlədərək üstünə gəlmişdir. O, həmin şəxsi nizam intizama dəvət etsə də o sözlərinə məhəl qoymayaraq onun yəni polisin qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirərək söyüşlər söyməyini davam etdirdi. Buna görə də onlar efir vasitəsi ilə kömək çağırmışlar. Bir neçə dəqiqə sonra RPŞ-PPXB-nün əməkdaşları onlara yaxınlaşmışlar. Onların qanuni tələblərinə tabe olmayaraq səs küy salan şəxsi patrul avtomaşınına əyləşdirərək rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X1 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu izahat verdi. İş materiallarında olan BB № 018973 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14.09.2021-ci il tarixdə saat 22:00 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 14.09.2021-ci il tarixli 234 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin Şamaxı rayon Şöbəsi tərəfindən verilmiş 06.11.2020-ci il tarixli 680 saylı arayışının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli Sərəncamına və 'Azərbaycan Respublikası səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Qanuna əsasən. 22.10.2020-cı il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 22.10.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 71-252 saylı rəyinin surətindən görünür ki, Şəxs “Post travmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidin ifadəsi ilə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı sərxoş halda törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, Vətən müharibəsində iştirakını, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halları, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin və o, məhkəmə zalında həbsdən dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar