Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-337/2021 22.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, X1 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 31 iyul 2021-ci il tarixli EQ ******* saylı X7 haqqında qərarından verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 31 iyul 2021-ci il tarixli EQ ******* saylı X7 haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək, EQ ******* saylı protokol əsasında qəbul edilmiş 31 iyul 2021-ci il tarixli qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şamaxı şəhəri, D.Qorqud küçəsində 34 saylı evdə yaşayır, ailədə başqa şəxs tərəfindən qazanc gətirən yoxdur, çətinliklə dolanır, kommunal və digər ödənişləri çətinliklə ödəyir. Ona 31.07.2021-cı il tarixli, EQ ******* saylı X7 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 327.1-cı maddəsi ilə yol nişanının tələbrinə riayət edilməməsinə görə qərar tərtib etmişlər. 31.07.2021-cı il tarixli, EQ ******* saylı X7 X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 327.1-cı maddəsi ilə yol nişanının tələbrinə riayət edilməməsinə görə qərarla razı olmadığını Şamaxı rayon YPX-nin əməkdaşlarına bildirdim və foto və video marerialların ona verilməsini xahiş etdim, amma həmin foto və video görüntüləri ona verməkdən imtina etdilər və qərarın sürətini 06.09.2021-cı il tarixdə poçt vasitəsi ilə 1 aydan sonra göndərilmiş və ona bildirmişlər ki, cəriməni ödəməlidir, hara istəyirsə şikayət edə bilər. Məcburiyyət qarşısında məhkəməyə müraciət edir. Məhkəmədən 31 iyul 2021-cı iltarixli, EQ ******* saylı X7 X6 əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 327.1-cı maddəsi ilə yol nişanının tələbinə riayət edilməməsinə görə xitam verilməsinə, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi və günahkarların cəzalandırılması barədə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə məhkəməyə çağırılmış tərəflər gəlməmişdir. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılamsını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. İş materiallarında olan EQ ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Əhmədov Gülməmməd Babaverdi oğlu 31 iyul 2021-ci il tarixdə Şamaxı şəhəri N.Nərimanov küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq eidlmişdir. İşin araşdırılmış hallarından görünür ki, X2 31 iyul 2021-ci il tarixdə Şamaxı şəhəri N.Nərimanov küçəsində VAZ 217050 minik markalı ** ZL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi X2 yol nişanlarının tələblərinə riayət edilməməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inziabti xəta törədilmişdir. Beləliklə məhkəmə işin araşdırılmış hallarına məcmu halında qiymət verərək hesab edir ki, X2 tərəfindən 31 iyul 2021-ci il tarixli EQ ******* saylı X7 haqqında qərardan şikayət verilsə də, həmin şikayət əsassızdır. Belə ki, X2 həmin vaxt Azərbaycan Respubliksı İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində protokol tərtib edilərək X7 haqqında qərarla təqsirli bilinərək tənbeh edilmişdir. Odur ki, şikayətçi X4 oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 31 iyul 2021-ci il tarixli EQ ******* saylı X7 haqqında qərarından verilmiş şikayət əsassız olduğundan şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Əhmədov Gülməmməd Babaverdi oğlu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin 11 iyul 2021-ci il tarixli EQ ******* saylı X7 haqqında qərarından verilmiş şikayət rədd edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-337/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-337/2021
22.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver