Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-339/2021 03.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, X1 iştirakı ilə, X3 DİN-nin BDYPİ-nin İİİ Tağım Baş yol patrul inspektoru polis kapitanı X5 “inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair” verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 İİİ Tağım Baş yol patrul inspektoru polis kapitanı X5 “inzibati tənbeh vermə haqqında qərarının ləğvinə dair” şikayətlə məhkəməyə müraciət edərək, İİİ Tağım Baş yol patrul inspektoru polis kapitanı X8 tərəfindən barəsində qəbul edilmiş 25 avqust 2021-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsində bildirmişdir ki, onun VAZ 21070 minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 25 avqust 2021-ci il tarixdə axşam saatlarında Şamaxı rayonunun çıxışında hərəkət edərkən X7 adında polis kapitanı maşınını saxlayaraq yol hərəkət qaydalarını pozduğunu ona bildirilmiş və qeyri-qanuni olaraq qərar yazmağa başlamışdır, O, polisdən tələb etmişdir ki, yol hərəkəti qaydasını pozmağısının sübutu haqda aydın görünən fotoşəkli və video görüntünü təqdim etsin. Lakin polis onun dediklərinə məhəl qoymayaraq nə fotoşəkilləri, nə də videogörüntünü ona göstərməkdən imtina etmişdir. Beləliklə, aşkar görünür ki, polis kapitanı ona böhtan atır, onun yol hərəkəti qaydasını pozmağı barədə sübutu yoxdur. Nəticədə polis kapitanı X7 ona nzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə yazıb. Həmin İXP 414S903 saylı, 25.08.2021-ci il tarixli qərarın (qərar TP4562130) elektron Çıxarışı yenicə ona verilmiş, lakin həmin qərara faktın sübutu üçün fotoşəkillər və video görüntü əlavə edilməmişdir. Digər tərəfdən qərarda onun yol hərəkəti qanunlarını harada pozmağı da qeyd olunmamışdır. Odur ki, barəsində qəbul edilmiş 25 avqust 2021-ci il tarixli TP ******* saylı qərar tam əsassızdır. Şamaxı rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 3(074)-339/2021 saylı qərardadı ilə şikayət baxılması üçün X3 yaşayış yeri üzrə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasaml rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 3(004)- 2302/2021 saylı qərardadı ilə inzibatı xətayə dair materialı məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həll edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-2397/2021 saylı 13 oktyabr 2021-ci il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət yol polis idarəsinin 25 avqust 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Şamaxı rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq AR DİN Baş X11 İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarında olan 25.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 25.08.2021-ci ildə saat 19:17 radələrində idarə etdyi VAZ 21070 minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Bunun əsasında X4 barəsində tərtib edilmiş 25.08.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsas götürülərək X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 25.08.2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən X3 hüquq vəzifələri izah edilməmiş, onun izahatı alınmamış, protokol bir tərəfli qaydada tərtib olunaraq şahidlərin iştirakı, həmçinin 25.08.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən də X3 iştirakı təmin olmamış, həmçinin X4 tərəfindən göstərilən inzibati xətanın törədilməsinin hansı sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, X3 inzibati protokol tərtib edilərkən, barəsində inzibati icraat aparılarkən, bununla bağlı qərar qəbul edilərkən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100cü maddəsinin tələblərinə riayət olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. İXM-nin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında da müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan şəxs X3 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş, yuxarıda qeyd edilən hüquqları təmin edilməmiş, izahatı alınmamış işin baxılma yeri və vaxtı barədə ona məlumat verilməmiş, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar tam araşdırılmamışdır. Beləliklə də məhkəmə hesab edir ki, AR DİN-nin BDYP-nin Yol Patrul Xidmətinin İİİ Tağım Baş yol patrul inspektoru polis kapitanı X5 qəbul etdiyi 25 avqust 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü, 134.1.4-cü, 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. AR DİN-nin BDYP-nin Yol Patrul Xidmətinin İİİ Tağım Baş yol patrul inspektoru polis kapitanı X5 qəbul etdiyi 25 avqust 2021-ci il tarixli TP ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-339/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-339/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver