Məhkəmə qərarları › İş №3(074)-34/2023

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-34/2023

23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-34/2023 23.02.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X17 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, şikayət vermiş X3 nümayəndəsi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil və X10 Xidməti Dağlıq Şirvan regional şöbəsinin nümayəndəsi X11 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarından X7 tərəfindən verilmiş şikayətə Şamaxı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı rayon sakini X8 xx.xx.2022-ci il tarixdə X10 Xidmətinə elektron qaydada şikayət edərək bildirmişdir ki, “X18 Company” MMC-də maliyyə meneceri vəzifəsində çalışmış, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, son haqq-hesab ödənişində bayram günlərində çalışdığı 513 saat ödənişi əldə edə bilməmişdir. R.İsgəndərli bu halın araşdırılmasını və müvafiq tədbir görülməsini tələb etmişdir. İşçinin şikayəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə bildirilmişdir ki, işçi X8 xx.xx.2022-ci il tarixədək müəssisədə əməliyyatlar üzrə menecer müavini vəzifəsində çalışmış və işçinin iş rejimi həftəlik 40 saat və 5 günlük iş rejimi olmaqla, əlavə bayram günlərində işləməsi müəyyən edilməmişdir. İşçinin əmək haqqı ödəniş cədvəllərində bayram günlərində əlavə ödənişlərin edilməsi müəyyən edilməmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən “X18 Company” MMCnin hazırki direktoru X3 barəsində xx.xx.2023-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi “X18 Company” MMC-nin hazırki direktoru X1 Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə MN ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən, 1400 manat məbləğində cərimə edilmişdir. Hesab edirlər ki, X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsi tərəfindən yanlışlığa yol verilərək, əsassız olaraq vəzifəli şəxs kimi X7 cərimə edilmişdir. Belə ki, X7 “X18 Company” MMCnin direktoru və rəhbəri vəzifəsinə xx.xx.2023-cü il tarixdə təyin edilmişdir. Bu o deməkdir ki, işçi X4 əmək haqqının hesablanması və ödənilməsi X3 dövrünə təsadüf etməmişdir. Qeyd olunmalıdır ki, X7 yalnız xx.xx.2023-cü il tarixdən etibarən müəssisəni təmsil edir və yalnız həmin dövrdən yaranmış pozuntulara görə cavabdehdir. X2 İXM-nin 17-ci maddəsinə görə cərimələnibsə, bu tamamilə yanlışdır. Çünki İXM-nin 17-ci maddəsinin dispozisiyasında qeyd olunur ki, “vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar”. Müəssəsinin yeni rəhbəri X7 öz vəzifələrinin icrasına başlayarkən, əvvəlki işçi X4 əmək haqqı cədvəllərində bayram günlərində işləməsi və ona əlavə ödənişlərin edilməsi müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, yeni direktor tərəfindən əvvəlki işçiyə hesablanmamış əlavə əmək haqqlarının ödənilməsi onun tərəfindən vəzifə səlahiyyətlərinin aşması kimi qiymətləndirilə bilər və təsisçilər qarşısında məsuliyyət daşıya bilər. Digər tərəfdən, işçi X4 vəzifəsi əməliyyatlar üzrə menecer müavini və maliyyə meneceri olmuşdur. Müəssisənin profili otelçilik olduğuna görə, qeyd olunan vəzifə direktordan sonra 2-ci vəzifədir. Kifayət edər ki, işçinin əmək haqqına baxaq və görərik ki, işçinin əmək haqqısı Şamaxı rayonu üçün yüksəkdir və rəhbər şəxsin əmək haqqısına bərabərdir. Eyni zamanda, işçilərin dediklərinə görə, işçi X8 həmin dövrdə müəssisədə bütün işləri özü görürdü, iş saatların ERP sisteminə əlavə edilməsi, əmək haqqının hesablanması və ödənilməsi və sair işlər. Oteldə adətən bayram günlərində xidmətçi heyəti işə çıxarılır ki, qonaqların istirahət etməsinə xidmət edilsin və həmin işçilərin də əmək haqqları müvafiq qaydada ödənilir. Lakin, rəhbər heyətin bayram günlərində işə çıxması hansı zərurətdən irəli gəlməsi məlum deyildir. Göründüyü kimi, işçinin iş saatlarını dəqiq və dürüst uçotunu aparmaq və işçiyə əmək haqqı ödəmək işçi ilə əmək müqaviləsi bağlamış səlahiyyətli işəgötürənin vəzifələrinə aid edilmişdir. X7 isə həmin dövrdə şirkətdə heç bir vəzifə tutmadığı üçün işçi ilə əmək müqaviləsi bağlamamış və işçinin iş saatlarının dəqiq və dürüst uçotunun aparılması və əmək haqqının ödənişi onun səlahiyyətlərində olmamışdır. Bu da o deməkdir ki, X7 tərəfindən İXM-nin 192.4-cü maddəsinin tələbləri pozulmamışdır. Hesab edirlər ki, xx.xx.2022-ci il tarixdə X8 işdən ayrılarkən, ona əmək haqqının hesablanması və ödənilməsi X3 vəzifəsində olmamışdır. Məhkəmə iclasında şikayət verən X3 nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin nümayəndəsi X16 şikayəti əsassız hesab edərək bildirdi ki, Şamaxı rayon sakini X4 X10 Xidmətinə müraciəti ilə müvafiq araşdırma aparılmış və toplanmış material əsasında “X18 Company” MMC-nin vəzifəli şəxsi olan direktorunun əməlində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi müəyyən edilərək, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Odur ki, X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarını qanuni hesab edərək, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X18 Company” MMC-nin direktoru X6 205/22 nömrəli əmrinə əsasən, “X18 Company” MMC-nin Əməliyyatlar üzrə menecer müavini X8 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən, xx.xx.2022-ci il tarixdən xitam verilmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə 27 gün pul əvəzinin ödənilməsi, son haqqhesabın verilməsi Maliyyə şöbəsinə həvalə edilməsi əmr edilmişdir. İş materiallarından görünür ki, Şamaxı şəhər sakini X8 xx.xx.2022-ci il tarixdə X10 Xidmətinə müraciət edərək göstərmişdir ki, o, “X18 Company” MMC-də maliyyə meneceri vəzifəsində çalışmış, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş, son haqqhesab ödənişində, bayram günlərində çalışdığı 513 saat ödənişi əldə edə bilməmiş və bu səbəbdən müvafiq araşdırma aparılaraq, tədbirlərin görülməsini xahiş etmişdir. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, X7 “X18 Company” MMC-yə direktoru vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarından görünür ki, “X18 Company” MMC-də maliyyə meneceri vəzifəsində işləmiş X5 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164 və 165-ci maddələrinin tələbləri pozularaq, 541 saat əlavə iş saatı üçün əmək haqqı hesablanıb ödənilmədiyinə görə, vəzifəli şəxs olaraq “X18 Company” MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, X3 barəsində 1400 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmiş X5 əlavə iş saatı üçün əmək haqqı hesablanıb ödənilmədiyinə görə, “X18 Company” MMC-nin direktoru vəzifəsində əmək fəaliyyətinə xx.xx.2023-cü il tarixdə başlamış vəzifəli şəxs kimi X1 məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 75.0.2 və 75.0.3-cü maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs və inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Məhkəmə qeyd edir ki, işçi X8 ilə əmək müqaviləsinə xitam verilərkən, vəzifəli şəxs olaraq X3 öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi halları müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, qeyd olunan prosessual normaların tələblərini və işin yuxarıda göstərilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinin MN ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar