Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-340/2021 15.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sabirabad rayonu, Qəzli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Saatlı rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 2(055)-60/2018 saylı, Saatlı rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 2(055)-61/2018 saylı və Qaradağ rayon Məhkəməsinin 18.02.2019-cu il tarixli 3(002)-229/2019 saylı icra sənədləri üzrə 3308 manat məbləğində borcun icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, o, icra sənədinin icrasından boyun qaçırmır, lakin hazırda maddi imkansızlıqdan borcundan heç bir ödəniş edə bilmir. Maddi imkanı olanda hissə-hissə borcunu ödəyəcəkdir. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkarlar (zərərçəkmiş şəxslər) X6 və X2 məhkəməyə teleqram göndərərək, Şəxs şikayətçi olduqlarını, pullarını tələb etdiklərini və məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmuru X8 izahat verib bildirdi ki, Saatlı rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 2(055)-60/2018 saylı icra sənədinə əsasən ünvan 1-da qeydiyyatda olan xx xxxxx 1981-ci il təvəllüdlü cavabdeh Şəxs və Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olan, 16 mart 1986-cı il təvəllüdlü X3 vurulmuş zərərin əvəzi olaraq 1000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və sənədlərin hazırlanmasına görə ödənilmiş 50 manat xidmət haqqı, cəmi 1080 (bir min səksən) manat pul alınaraq Saatlı rayonu, Soltanabad kəndində yaşayan 18 dekabr 1973-cü təvəllüdlü iddiaçı X1 verilməldir. Saatlı rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 2(055)-61/2018 saylı icra sənədinə əsasən ünvan 1-da qeydiyyatda olan xx xxxxx 1981-ci il təvəllüdlü cavabdeh Şəxs və Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olan, 16 mart 1986-cı il təvəllüdlü X3 vurulmuş zərərin əvəzi olaraq 1848 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və sənədlərin hazırlanmasına görə ödənilmiş 50 manat xidmət haqqı, cəmi 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat pul alınaraq Saatlı rayonu, Soltanabad kəndində yaşayan 1958-ci təvəllüdlü iddiaçı X4 verilməldir. Qaradağ rayon Məhkəməsinin 18.02.2019-cu il tarixli 3(002)-229/2019 saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədlərində göstərilmiş tələbləri icra etməmiş, borcu tələbkarlarıın xeyrinə ödətdirmək mümkün olmamışdır. Şəxs əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış elan edilmişdir. Şəxs isə izahat verərək borcunu ödəməyə bilməyəcəyini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 3308 manat borcu vardır. İş materialarında olan Saatlı rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 2(055)- 60/2018 saylı icra sənədinə əsasən ünvan 1-da qeydiyyatda olan xx xxxxx 1981-ci il təvəllüdlü cavabdeh Şəxs və Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olan, 16 mart 1986-cı il təvəllüdlü X3 vurulmuş zərərin əvəzi olaraq 1000 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və sənədlərin hazırlanmasına görə ödənilmiş 50 manat xidmət haqqı, cəmi 1080 (bir min səksən) manat pul alınaraq Saatlı rayonu, Soltanabad kəndində yaşayan 18 dekabr 1973-cü təvəllüdlü iddiaçı X5 oğluna verilməldir. İş materialarında olan Saatlı rayon Məhkəməsinin 16.01.2018-ci il tarixli 2(055)- 61/2018 saylı icra sənədinə əsasən ünvan 1-da qeydiyyatda olan xx xxxxx 1981-ci il təvəllüdlü cavabdeh Şəxs və Saatlı rayonu Azadkənd kəndində qeydiyyatda olan, 16 mart 1986-cı il təvəllüdlü X3 vurulmuş zərərin əvəzi olaraq 1848 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və sənədlərin hazırlanmasına görə ödənilmiş 50 manat xidmət haqqı, cəmi 1928 (bir min doqquz yüz iyirmi səkkiz) manat pul alınaraq Saatlı rayonu, Soltanabad kəndində yaşayan 1958-ci təvəllüdlü iddiaçı X4 verilməldir. İş materialarında olan Qaradağ rayon Məhkəməsinin 18.02.2019-cu il tarixli 3(002)- 229/2019 saylı icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərarlardan görünür ki, borcluya 10 gün müddətində icranı könüllü təmin etməsi təkilf olunmuşdur. İş materiallarında olan 14.07.2021-ci il tarixli bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında qərarın surətindən görünür ki, ünvan 1-da qeydiyyatda olan Şəxs borclu olduğu, Şamaxı rayon İcra və Probasiya şöbəsinin icraatında olan Qaradağ rayon Məhkəməsinin 3(002)-229/2019 saylı 18.02.2019-cu il tarixli, Saatlı rayon Məhkəməsinin 2(055)-61/2018 saylı 16.01.2018-ci il tarixli və Saatlı rayon Məhkəməsinin 2(055)-60/2018 saylı 16.01.2018-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. İş materiallarında olan 03.08.2021-ci il tarixli borclunun axtarılması haqqında qərarın surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzürsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pulun ödənilməsi ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 15 sentyabr 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-340/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-340/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver