Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-342/2021 29.12.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, xx.xx.1973-cü ildə Oğuz rayonu, Kərimli kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 17.09.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Şamaxı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 3(074)-342/2021 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 3(105)-637/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair şamaxı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 3(074)-342/2021 saylı qərarı ləğv edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə inzibati xəta törədən şəxs məhkəməyə gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirmişdir ki, onun özünə məxsus FORD markalı **-BH-*** qeydiyyat nişanlı avtomobili vardır. 17.09.2021-ci il tarixdə səhər saat 07:00 radələrində o, qızı Lamiyə ilə birlikdə Oğuz rayonundan Bakı şəhərinə gedərkən, Şamaxı istiqamətində olan zaman yan güzgüyə baxarkən ondan iki maşın geridə post patrul xidmətinin əməkdaşlarının avtomobili ilə sayrışan işıqlarını yandıraraq gəldiyini görmüşdür. PPX əməkdaşları avtomobilləri ilə gəlib onun avtomobilini keçib qarşıdakı VAZ 2106 markalı avtomobil ilə birləşib yolun ortasında hər ikisi saxlamışlar. Bu səbəbdəndə o avtomobili həmin istiqamətdə yolun orta hissəsində saxlamışdır. O, öz avtomobilindən düşüb polis əməkdaşlarına yaxınlaşmış və nə səbəbə avtomaşını yolun ortasında saxlamalarını soruşmuş, bu zaman polis əməkdaşı VAZ2106 markalı avtomobilin sürücüsünə getməsini bildirmiş, polis əməkdaşları ona bildirmişlər ki, onların ixtiyarı var onu saxlatmağa. Daha sonra həmin polis əməkdaşları telefon vasitəsilə kiməsə zəng edərək bildirmişlər ki, indi onu içəri aparacaqlar və o, bununla bağlı 102 xidmətində məlumat vermiş, bundan sonra orada olan PPX əməkdaşları ona bildirmişlər ki, avtomaşının yük yerinə baxış keçirməlidirlər və danışdığı xanım ona söyləmiş ki, Şamaxı RPŞ-dən gəlib indi hadisə yerinə baxacaqlar, daha sonra o, PPX əməkdaşlarına bildirmiş ki, avtomaşınları heç yerə tərpətməyin gəlib baxış keçirsinlər, təxminən yarım saat sonra YPX əməkdaşları hadisə yerinə gəlmişlər və onlar bildirmişlər ki, 102 xidmətinə müraciət etdiyi üçün onlarla birlikdə rayon polis şöbəsinə gedərək izahat verməlidir. O, öz avtomaşınına oturaraq rayon polis əməkdaşları ilə birlikdə Şamaxı RPŞ-nə gəlmiş, rayon polis şöbəsinə gəldikdən sonra bir nəfər mayor rütbəli polis əməkdaşı ona suallar vermiş və onu təxribata çəkmişdir. İş üzrə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X9 şahid qismində dindirilərkən izahat verib göstərdi ki, 17.09.2021-ci il tarixdə bir neçə sürücü Şamaxı rayon YPX-nin əməkdaşlarına Ford Tranzit markalı ** VN *** qeydiyyat nişanlı avtomobilin sürücüsünün onlar üçün bir neçə dəfə qəza vəziyyəti törətdiyini bildirmişlər. Hətta Şamaxı rayon YPX-nin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkildən də görünür ki, Ford Tranzit markalı ** VN *** qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobilini yolun ortası ilə idarə edərək digər sürücülərə qəza vəziyyəti yaratmışdır. Bununla əlaqədar Ford Tranzit markalı ** VN *** qeydiyyat nişanlı avtomobil saxladılmış və ona etdiyi qayda pozuntuları izah edilmiş lakin sürücü polis əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətdiyi üçün o, rayon polis şöbəsinə dəvət edilmişdir. Oraya gəldikdən sonra da 17.09.2021-ci il tarixdə saat 08:00 radələrində polis şöbəsinin qarşısında YPX-nin və PPXB-nin əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda bildirdi ki, iş materiallarında olan 16.09.2021-ci iltarixli M.Əliyev tərəfindən yazılmış raport hazırki işə heç bir aidiyyatı yoxdur və səhvən işə əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş X4 izahat verib göstərdi ki, 17.09.2021-ci il tarixində təxminən saat 07:40 radələrində Şamaxı RPŞ-nin PPXB-nin polis nəfəri Adil Məmmədov ilə birlikdə Şamaxı rayonu Muğanlı kəndi istiqamətində xidmətdə olan zaman opel markalı avtomobil saxlayıb, Ford markalı **-BH-*** qeydiyyat nişanlı avtomobilin sürücüsünün Qəbələdən hazırkı istiqamətə qədər kobud qayda pozuntuları törədərək yolun ortası ilə gəldiyini və sürücüləri narahat etdiyini bildirdiyindən bu barədə RPŞ-nin növbətçi hissəsinə məruzə etmiş və avtomobilin getdiyi istiqamətdə hərəkət edən zaman həmin ford markalı avtomobilin onlardan iki avtomobil irəlidə getdiyini görmüş həmin vaxtı avtomobilin sürücüsü anidən avtomobili yolun ortasında saxlamış və onlara baxaraq kobud ifadələrlə danışmışdır. Həmin sürücüyə yaxınlaşıb özünü təqdim etmiş və nə üçün yolun ortasında saxladığını soruşduqda o onlara qarşı nəlayiq ifadələr işlədərək aqressiv münasibət göstərdiyindən yenidən polis şöbəsinin növbətçi hissəsinə məruzə edərək yol patrul xidmətinin əməkdaşlarını oraya dəvət etmişlər. YPX əməkdaşları oraya gəldikdən sonra həmin şəxs yenidən onlarla kobud danışmağa başlamışdır. Bu zaman Vaz 2106 markalı avtomobildə gəlib onların yanında saxlamış, sürücü Ford markalı avtomobilin sürücüsü Siyavuş adlı şəxsdən narazılığını bildirib həmin sürücünün yol boyu onlara təhlükə yaratdığını söyləyib getmişdir. Siyavuş onlara Polis Şöbəsinə gəlmiş, həmin zaman da polislərin ünvanına yenidən nəlayiq sözlər işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahat verib şahid X6 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Şamaxı rayon Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru Nuşirəvan Xəlilovun raportundan görünür ki, 17 sentyabr 2021-ci il tarixdə saat 08:00 radələrində xidməti otağında olarkən polis şöbəsinin qarşısından səs gəldiyini eşidərək polis şöbəsinin qarşısına çıxmış, görmüşdür ki, YPX-nin və PPXN-nin əməkdaşları bir nəfər şəxsi polis şöbəsinə dəvət edilər həmin şəxs isə polisin ünvanına nəlayiq ifadələr işlədərək təhqir edir. Adı sonradan ona Siyavuş kimi məlum olan şəxsi nizam-intizama dəvət etməyinə baxmayaraq onu və polis əməkdaşlarını söyərək təhqir etməklə yanaşı onu işdən çıxaracağı ilə hədələmişdir. Məhkəmə işdə olan sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 sentyabr 2021-ci il tarixdə təxminən saat 08:00 radələrində polis şöbəsinin qarşısında YPX-nin və PPXB-nin əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübut olundu. Lakin məhkəmə tərəfindən müəyyən edildi ki, inzibati məsuliyyətə cəlbetmə müddəti ötdüyündən Şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və protokola əlavə edilmiş materiallardan müəyyən edildi ki, inzibati xəta 17 sentyabr 2021-ci il tarixdə törədilmiş, Şamaxı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 3(074)-342/2021 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 3(105)-637/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsinə dair Şamaxı rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 3(074)-342/2021 saylı qərarı ləğv edilmişdir. Hazırda protokol tərtub edildiyi gündən 3 aydan çox vaxt keçdiyindən Şəxs barəsində inzibati tənbeh tətbiq edilə bilməz və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə əsasən bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda iş üzrə icraata xitam verilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarının 6-cı səhifəsində olan 16.09.2021-ci il tarixli M.Əliyev tərəfindən yazılmış raport hazırki işə heç bir aidiyyatı yoxdur və səhvən işə əlavə edilmişdir. Beləliklə də, məhkəmə materialı araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən X1 barəsində inzibati tənbeh tətbiq edilə bilməz və şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 38.1, 40.0.1, 43, 104.8, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün muddətinə Şamaxı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(074)-342/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-342/2021
29.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver