Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-342/2023 15.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X4 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Şamaxı Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X1 iştirakı ilə, xx.xx.1989-cu ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olan və Qobustan rayonu, Bədəlli kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində Şamaxı rayonu, Sabir qəsəbəsi ərazisində “Araz” marketin qarşısında səs-küy salaraq, ictimai qaydanı pozmuş və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində Şamaxı rayonu, Sabir qəsəbəsində işlədiyi kafedə spirtli içki qəbul etmiş, daha sonra siqaret almaq üçün yaxınlıqda olan marketə getmiş və orada spirtli içkinin təsirindən nəlayiq ifadələr işlətməklə, kassir ilə zarafat etmişdir. Həmin vaxt polis əməkdaşları yaxınlaşıb, ona xəbərdarlıq etsələr də, o, polis əməkdaşlarının tələbinə tabe olmamış və aralarında mübahisə yaranmışdır. Hazırda əməlindən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nın sahə rəisi X2 göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 20:30 radələrində Şəxs adlı şəxs Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən “Araz” marketin qarşısında nəlayiq ifadələr işlətmiş və ona yaxınlaşıb intizama dəvət edən xidmətdə olan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla bağlı, tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Şamaxı RPŞ-nin NH-nin növbətçi koməkçisi Baba Musayevin raportundan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 21:11 radələrində yaşadığı Sabir qəsəbəsində “Araz” marketdən çıxarkən, marketin qarşısında iki-üç nəfər şəxsin birbirləri ilə münaqişə etdikərini görüb, onlara yaxınlaşaraq, özünü təqdim edərək, onları nizam-intizama dəvət etmişdir. Həmin şəxslərdən ikisi ondan uzaqlaşıb getmiş, lakin bir nəfər şəxs onunla mübahisə edərək, ünvanına nəlayiq ifadələr işlətməyə başlamışdır. O, həmin şəxsin sərxoş olduğunu görüb, həmin şəxsi sakitləşdirmək istəsə də, onun qanuni tələblərinə məhəl qoymayaraq, ictimai yerdə cəmiyyətə açıq şəkildə hörmətsizlik nümayiş etdirərək, nəlayiq ifadələr işlətməyə davam etmişdir. Həmin zaman o, Şamaxı RPŞ-nin NH-nə məlumat verib, həmin ünvana ərazidə xidmət aparan PPXB-nin əməkdaşlarını göndərməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra, həmin yerə PPXB-nin polis nəfərləri gəlib, həmin şəxsi nizam-intizama dəvət etsələr də, onların qanuni tələblərinə məhəl qoymayaraq, öz hərəkətlərinə davam etmişdir. Bundan sonra, barəsində qanuni tədbir görülməsi üçün həmin şəxsi Şamaxı RPŞ-yə aparmışdırlar. Polis şöbəsində məlum oldu ki, həmin şəxs Şəxsdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, müayinə olunan Şəxs 1,645 dərəcədə alkoqol sərxoşluğu vəziyyəti vardır. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. Göründüyü kimi, Şəxs tərəfindən inzibati xətaların törədilməsi onun etirafedici izahatı, iş materialları və işin araşdırılmış digər halları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını inzibati məsuliyyəti yüngülləşdirən hal, inzibati xətanı sərxoş vəziyyətdə törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və o, daha ciddi xətanı əhatə edən İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-342/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-342/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver