Məhkəmə qərarları › İş №3(074)-345/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-345/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-345/2021 21.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən 21.09.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs öz başına şöbəyə daxil olub şöbənin iş ahəngini pozmuşdur. Belə ki, 21.09.2021-ci il tarixə saat 11.30-a təyin olunmuş iş üzrə tərəf olmayan və çağırılmayan halda inzibati binaya daxil olmuş və icra məmurunun qanuni tələblərini davamlı olaraq əməl etməyərək şöbəni tərk etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, əmisi Əfqan Məmmədovla birlikdə Şamaxı rayon İcra və Probasiya şöbəsinə getmişdir, binanın 2-ci mərtəbəsində pilləkanlarda dayanmış, səs küy eşidib şöbəyə daxil olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şamaxı rayon İcra şöbəsinin böyük icra məmuru X1 izahat verib bildirdi ki, Şamaxı rayon məhkəməsinin 2(074)-89/2019 saylı 29.05.2019-cu il tarixli icra sənədinin icrası 21.09.2021-ci il tari saat 11.30-a təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. Göstərilən vaxtda tələbkar Şalalə Məmmədova icrada iştirak etsədə borclu Rauf Məmmədov icra yerində az yaşlı uşaqlarla icra yerinə gəlməmişdir. Borclunun atası Əfqan Məmmədov şöbəyə oğlu tərəfindən imzalanmış ərizə və ərizəyə əlavə edilmiş Nuray Məmmədovanın və Gülay Məmmədovanın Bakı şəhər psixi sağlamlıq mərkəzinə göndərilməsi barədə Şamaxı rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs tərəfindən verilmiş arayışları təqdim edərək uşaqların atası ilə birlikdə Bakı şəhərində xəstəxanada olmasını bildirdi. Tərəflər yəni iş üzrə tələbkar Şalalə Məmmədova, anası İlhamə Əhmədova borclu Rauf Məmmədovun atası Əfqan Məmmədov şöbə rəisin qəbulunda olarkən borclunun atası Əfqan Məmmədov tələbkar Şəlalə Məmmədovanın və anası İlhamə Əhmədovanın ünvanlarına nalayiq küçə söyüşləri ilə söyüb təhqir edərək o, tələbkarın anası İlhamə Əhmədovanı vurmaq istəyərkən mən daha sonra otağa daxil olmuş Orxan Bağırov və şöbə rəisi Cavid Məmmədyarov tərəfindən Əfqan Məmmədovun qanuna zidd hərəkətlərinin qarşısı alındı və xidməti otaqdan çıxarılarkən onun yaxın qohumları vətəndaş Şəxs və Şəxs öz başına olaraq şöbəyə daxil olub mühafizəçinin qanuni tələblərini əməl etmədən şöbənin iş ahəngini pozmağa cəhd göstərdilər. Şöbənin əməkdaşları və mühafizə xidmətinin işçisi onların qanuna zidd hərəkətlərinin qarşısını alaraq onları şöbədən çıxartdılar. Bununlada Şəxs uşaq tələbinə dair icra sənədinin icrasına maneçilik törətmiş, o, Əfqan Məmməov və Taleh Xudiyev şöbənin iş ahəngini pozmuşlar, icra hərəkətlərinə qərəzli olaraq maneçilik törətmişlər və onun qanuni tələblərini yerinə yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra şöbəsinin icra məmuru X8, X9 və X7 da şahid Şamaxı rayon İcra şöbəsinin böyük icra məmuru X1 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 2(074)-89/2019 saylı 29 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən Tərəflərin birgə nikahlarından doğulmuş 13.08.2012-ci il təvəllüdlü X10 və 01.04.2014-cü il təvəllüdlü X11 cavabdeh X3 alınaraq iddiaçı X2 himayəsinə verilməklə iddiaçı X2 yanında qalmaıdır. Cavabdeh X3 qətnamə qanuni qüvvəsini aldığı vaxtdan birgə nikahdan doğulmuş 13.08.2012-ci il təvəllüdlü X10 və 01.04.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X5 verilməlidir. İş materiallarında olan Şamaxı RMX-sı publik hüquqi şəxs tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli 121 və 122 saylı göndərişlərin surətindən görünür ki, az yaşlı Nuray Məmmədova və Gülay Məmmədova “digər qarışıq və ayrılıqla əlaqədar həyəcan pozğunluğu” diaqnozu ilə Bakı şəhər psixi sağlamlıq mərkəzinə göndərilmişlər. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə borclu Rauf Məmmədovun atası Əfqan Məmmədov uşaq tələbinə dair icra sənədinin icrasına maneçilik törətmiş, o və onun yaxın qohumları X12, X6 şöbənin iş ahəngini pozmuşlar, icra hərəkətlərinə qərəzli olaraq maneçilik törətmişlər. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs icra sənədinin icrasına maneçilik törədərək şöbənin iş ahəngini pozmuş, icra hərəkətlərinə qərəzli olaraq maneçilik törətmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında işə baxılan zaman proses iştirakçılarının izahatları, iş materialları, inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olmasını, təqsirinin dərəcəsinin və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1,43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz ) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar