Məhkəmə qərarları › İş №3(074)-346/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-346/2021

21.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-346/2021 21.09.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, müdafiəçi Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, 2-ci qrup əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra şöbəsinin böyük icra məmuru X1 tərəfindən 21.09.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs öz başına şöbəyə daxil olub şöbənin iş ahəngini pozmuşdur. Belə ki, 21.09.2021-ci il tarixə saat 11.30-a təyin olunmuş iş üzrə tərəf olmayan və çağırılmayan halda inzibati binaya daxil olmuş və icra məmurunun qanuni tələblərini davamlı olaraq əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şamaxı rayon məhkəməsinin 2(074)-89/2019 saylı 29 may 2019-cu il tarixli icra sənədi ilə bağlı oğlu Rauf Məmmədov dəfələrlə icra şobəsinə dəvət edilmiş, və uşaqların icra şöbəsinə gətirilməsi tələb edilmişdir. Oğlu da bu tələbə riayət etmiş və uşaqlar şöbəyə gətirilmişdir. İcra işi olaraq icra məmuru tərəfindən uşaqlar dindirilmiş və nəticə etibarı uşaqlar analarına getmək istəməmişlər. Daha sonra icra işinin icrası 21.09.2021-ci il tari saat 11.30-a təyin edilmişdir. Lakin uşaqlar 4 ildən artıq müddətdir ki, analarını görmədən yaşadıqlarından, onların ana ilə hər-hansı bir münasibətləri olmamışdır. İcra şöbəsində dəfələrlə keçirilmiş görüşlər artıq icranın mümkün olmamasını göz önünə gətirmişdir. Sonuncu görüşdən sonra uşaqların psixoloji vəziyyətində yaranan narahatçılıqdan irəli gələrək artıq onların ambulator müalicə alması məcburiyyəti yaranmış və Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş olan Bakı şəhəri Psixi Sağlamlıq Mərkəzinə göndərişə əsasən X3 ayrılıqla əlaqədar həyəcan pozğunluğu digər uşaq X4 isə digər qarışıq həyəcan pozğunluğu diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozlla Sumqayıt şəhərində yerləşən Psixi Sağlamlıq Mərkəzinə göndəriş verilmişdir. Qeyd edilən bu halla bağlı rəsmi sənədi icra məmuruna təqdim etmək üçün o, borclunun atası və nümayəndəsi kimi, qardaşı oğlu Əlisəmid Məmmədovla və tanışı Taleh Xudiyevlə birlikdə 21.09.2021-ci il tarixdə icra məmurunu məlumatlandırmaq istəmişdir. İcra məmuru Orxan Bağırov aparmasına baxmayaraq digər icra məmuru Pərvin Mehralıyev ona iradlar tutmuş və icra işinə səlahiyyəti olmadan müdaxilə etmişdir. Bu səbəbdəndə icra işinin icrasında mübahisə baş vermişdir. Hesab edir ki, onun tərəfindən sözü gedən icra sənədinin icrasına hər hansı bir maneəçilik törədilməmişdir. Əksinə azyaşlıların manənafelərinə uyğun olaraq icra məmurunu rəsmi sənədlərlə məlumatlandırmaq məqsədi olmuşdur. Odur ki, işin icraatına xitam verilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şamaxı rayon İcra şöbəsinin böyük icra məmuru X1 izahat verib bildirdi ki, Şamaxı rayon məhkəməsinin 2(074)-89/2019 saylı 29.05.2019-cu il tarixli icra sənədinin icrası 21.09.2021-ci il tari saat 11.30-a təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. Göstərilən vaxtda tələbkar Şalalə Məmmədova icrada iştirak etsədə borclu Rauf Məmmədov icra yerində az yaşlı uşaqlarla icra yerinə gəlməmişdir. Borclunun atası Şəxs şöbəyə oğlu tərəfindən imzalanmış ərizə və ərizəyə əlavə edilmiş Nuray Məmmədovanın və Gülay Məmmədovanın Bakı şəhər psixi sağlamlıq mərkəzinə göndərilməsi barədə Şamaxı rayon MXS publik hüquqi şəxs tərəfindən verilmiş arayışları təqdim edərək uşaqların atası ilə birlikdə Bakı şəhərində xəstəxanada olmasını bildirdi. Tərəflər yəni iş üzrə tələbkar Şalalə Məmmədova, anası İlhamə Əhmədova borclu Rauf Məmmədovun atası Şəxs şöbə rəisin qəbulunda olarkən borclunun atası Şəxs tələbkar Şəlalə Məmmədovanın və anası İlhamə Əhmədovanın ünvanlarına nalayiq küçə söyüşləri ilə söyüb təhqir edərək o, tələbkarın anası İlhamə Əhmədovanı vurmaq istəyərkən böyük icra məmuru Pərvin Mehralıyev, daha sonra otağa daxil olmuş Orxan Bağırov və şöbə rəisi Cavid Məmmədyarov tərəfindən Şəxs qanuna zidd hərəkətlərinin qarşısı alınmış və xidməti otaqdan çıxarılarkən onun yaxın qohumları vətəndaş X10 və X5 öz başına olaraq şöbəyə daxil olub mühafizəçinin qanuni tələblərini əməl etmədən şöbənin iş ahəngini pozmağa cəhd göstərmişlər. Şöbənin əməkdaşları və mühafizə xidmətinin işçisi onların qanuna zidd hərəkətlərinin qarşısını alaraq onları şöbədən çıxartmışlar. Bununlada Şəxs uşaq tələbinə dair icra sənədinin icrasına maneçilik törətmiş, o, Taleh Xudiyev və Əlisəmid Məmmədov şöbənin iş ahəngini pozmuşlar, icra hərəkətlərinə qərəzli olaraq maneçilik törətmişlər və onun qanuni tələblərini yerinə yetirməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra şöbəsinin icra məmuru X11, X12 və X9 da şahid Şamaxı rayon İcra şöbəsinin böyük icra məmuru X1 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 2(074)-89/2019 saylı 29 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən Tərəflərin birgə nikahlarından doğulmuş 13.08.2012-ci il təvəllüdlü X13 və 01.04.2014-cü il təvəllüdlü X14 cavabdeh X6 alınaraq iddiaçı X2 himayəsinə verilməklə iddiaçı X2 yanında qalmaıdır. Cavabdeh X6 qətnamə qanuni qüvvəsini aldığı vaxtdan birgə nikahdan doğulmuş 13.08.2012-ci il təvəllüdlü X13 və 01.04.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment alınıb iddiaçı X8 verilməlidir. İş materiallarında olan Şamaxı RMX-sı publik hüquqi şəxs tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli 121 və 122 saylı göndərişlərin surətindən görünür ki, az yaşlı Nuray Məmmədova və Gülay Məmmədova “digər qarışıq və ayrılıqla əlaqədar həyəcan pozğunluğu” diaqnozu ilə Bakı şəhər psixi sağlamlıq mərkəzinə göndərilmişlər. İş materiallarında olan 21 sentyabr 2021-ci il tarixli aktın surətindən görünür ki, həmin tarixdə borclu Rauf Məmmədovun atası Şəxs uşaq tələbinə dair icra sənədinin icrasına maneçilik törətmiş, o və onun yaxın qohumları X10, X5 şöbənin iş ahəngini pozmuşlar, icra hərəkətlərinə qərəzli olaraq maneçilik törətmişlər. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs icra sənədinin icrasına maneçilik törədərək şöbənin iş ahəngini pozmuş, icra hərəkətlərinə qərəzli olaraq maneçilik törətmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında işə baxılan zaman proses iştirakçılarının izahatları, iş materialları, inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olmasını, təqsirinin dərəcəsinin və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan 500 (beş yüz) manat məbləğində cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1,43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz ) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar