Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-349/2021 05.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, X2 və Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi X3 iştirakı ilə, X4 Azərbaycan Respublikası Qida X1 Regional bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 22.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin 22 fevral 2021-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahat verib bildirdi ki, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin əməkdaşları tərəfindən 12.02.2021 -16.02.2021 -ci il tarixlərində aparılmış yoxlama zamanı” AZGRANATA” MMC-nin Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən şirə istehsalat şöbəsində bir sıra pozuntular aşkar olunmuş və yoxlamaların nəticələrinə dair ŞYMQ-21/033 saylı qərar qəbul edilmişdir. Eyni zamanda onun barəsində ("xxxx" MMC-nin Keyfiyyətə Nəzarət şöbəsinin müdiri, Nahid Məmiyev) 22 fevral 2021 -ci il tarixli, MN № ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərar üzrə 4000.0( dörd min) manat məbləğində şərti inzibati cərimə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində hüquqpozmaların aradan qaldırılmasının təmin edilməsi nəzərdə tutulmaqla möhlət müddəti verilmiş və təmir bərpa işlərinin icra müddətinin uzanması səbəbindən yenidən 30 gün əlavə möhlət müddəti(22.04.2021-ci il) müəyyən edilmişdir. Qeyd edir ki, "xxxx" MMC-də aşkar olunmuş pozuntu üzrə, yəni şirə sektorunda məhsulun pasterizasiya sahəsinin döşəməsinin təmir olunmasının dair zəruri işlər görülməklə təmir işləri tamamlanmışdır (qoşmaya təmir sahəsinin əvvəlki və sonrakı vəziyyətini ehtiva edən şəkilləri əlavə edilmişdir). İşlərin sistematik icrasına dair plana uyğun olaraq görülmüş işlərin ardıcıllığı aşağıda qeyd olunan formada icra olunmuşdur. Şirə sektorunda, döşəmə səthində olan qüsurlarla bağlı təmir işləri tam formada icra olunmuşdur. Açıq havada qalan şüşələrin müəyyən bir qismi istehsal qüsurlu olduğundan istifadə olunmur. İstehsalçı şirkətin nümayəndəsinin ölkəmizə dəvət olunması və nümayəndənin şüşələrə baxış keçirmədən rəy verə bilmədiyi üçün geri qaytarma prosesini icra olunması mümkün deyildir. Şüşələrin yararlı bir qismi artıq sayılaraq siyahılaşdırılıb, eyni zamanda "xxxx" MMC-nin şirə istehsalı sektorunda, açıq hava şəraitində saxlanılan, istifadəyə yararsız, təqribən 1500 ( bir min beş yüz) palet şüşə qabların istifadəyə yararsız olmasına (şüşə qablarda zavod qüsuru, qapaq hissələrində qüsur) dair qüsur akt tərtib edilərək üzəri sellafon örtüklə bağlanılaraq üzərinə “istifadəyə yararsız şüşə qablar” sözləri yazılmaqla və lentlə əhatələndirilməklə möhürlənmişdir. Odur ki, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin 22 fevral 2021 -ci il tarixli, MN № ******* saylı “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərar üzrə 4000.0 (dörd min) manat məbləğində inzibati cərimə qərarını ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X1 regional bölməsinin nümayəndəsi X5 izahat verib bildirdi ki, Azərbaycan Respublikası Qida X1 regional bölməsinin əməkdaşları tərəfindən 12.02.2021-16.02.2021-ci il tarixlərində aparılmış yoxlama zamanı” AZGRANATA” MMC-nin Ağsu rayonu, Pirhəsənli kəndində yerləşən şirə istehsalat sektorunda bir sıra pozuntular aşkar olunmuş və yoxlamnın nəticələrinə dair ŞYMQ-21/032 saylı qərar qəbul edilmişdir. Eyni zamanda "AZGRANATA” MMC-nin əməkdaşı Nahid Məmiyev barəsində 22 fevral 2021-ci il tarixli MN ******* saylı "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” Qərar üzrə 4000 (dörd min) manat məbləğində şərti inzibati cərimə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində hüquqpozmaların aradan qaldırılmasının təmin edilməsi nəzərdə tutulmaqla möhlət müddəti verilmiş və təmir bərpa işlərinin icra müddətinin uzanması səbəbindən yenidən 30 gün əlavə möhlət müddəti (22.04.2021-ci il) müəyyən edilmişdir. Sonuncu yoxlama zamanı aşkar olunmuş nöqsanlardan bir qismi aradan qaldırılmış və bir qismi hələdə mövcuddur. Belə ki, şüşə qablar hələdə açıq havada (həyətdə) saxlanılır. Həmin şüşə taraların bir qisminin üzərinə çadır örtülüb. İstehsal sexinin döşəməsinin tamlığı bərpa olunub. Sonuncu yoxlamada göstərilən nöqsanların biridə nar şirələrinin filtirlənməmiş (süzülməmiş) olmasına baxmayaraq süzülmüş şirələrin standartı olan ***-**** AZS-i qeyd olunmuş olması idi. Hazırda bu nöqsan qismən aradan qaldırılmışdır. Belə ki, şirələri süzülərək (filtirlənərək) qablaşdırılır, lakin xarici bazara çıxarılması üçün istehsal olunan nar şirələrindən bəzilərinin üzərində AZS ***-**** qeyd olunsada süzülməmiş qablaşdırılır. Sonuncu yoxlamada həyətdə saxlanılan şüşə taraların hazırda 60% yenədə həyətdə açıq halda saxlanılır. Qalan 40% isə ya işlədilib yada mövcud ambarlara yığılması təmin olunub. Məhkəmədən X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan 16.02.2021-ci il tarixli, № ŞBP-21/032 saylı sahibkarlıq obyektinə baxış keçirilməsi haqqında protokolun və 16.02.2021-ci il tarixli, № ŞYA-21/032 saylı yoxlama aktının surətindən görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, müəsisədə ambar sahəsi olmasına baxmayaraq butulkalar açıq sahədə saxlanılır. Müəssisədə məhsulun pasterizasiya sahəsində döşəmənin tamlığı pozulmuşdur. Məhsulun qablaşdırılmasının üzərində AZS-106-2003 bəyan edilsə də normativ sənədin tələbinə əməl edilməmişdir. Belə ki, normativ sənədin tələbinə uyğun süzmə prosesindən keçməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1 Regional bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 22.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, istehsakçıların hüquqlrının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehsakçılarını hüquqularının müdafiəsini həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərin qanuni yazılı tələblərinin yerinə yetirilməməyə görə vəzifəli şəxs X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinmiş və 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, istehsakçıların hüquqlrının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehsakçılarını hüquqularının müdafiəsini həyata keçirən və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərin qanuni yazılı tələbinin yerinə yetirilməməyə görə də, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinmiş və 4000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə işin araşdırılmış hallarına məcmu halında qiymət verərək hesab edir ki, 30 gün müddətində hüquqpozmaların aradan qaldırılmasının təmin edilməsi nəzərdə tutulmaqla möhlət müddəti verilmiş və təmir bərpa işlərinin icra müddətinin uzanması səbəbindən yenidən 30 gün əlavə möhlət müddəti müəyyən edilmişdir. Sonuncu yoxlama zamanı aşkar olunmuş nöqsanlardan bir qismi aradan qaldırılmış və bir qismi hələdə mövcuddur. Məhkəmə qeyd edir ki, bu halda X2 tərəfindən Azərbaycan Respublikası Qida X1 regional bölməsininn 22.02.2021-ci il tarixli MN № ******* saylı qərarından verilmiş şikayət rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: X6 tərəfindən Azərbaycan Respublikası Qida X1 regional bölməsininn 22.02.2021ci il tarixli, MN №0005314 saylı qərarından verilmiş şikayət rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-349/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-349/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver