Məhkəmə qərarları › İş №3(074)-353/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-353/2021

19.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-353/2021 19.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs MMC 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-cı ildə auditini aparmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan 09.09.2021-ci il tarixli MİHO/1.1-2-2021-3431 saylı bildirişdən görünür ki, Şəxs MMC-yə 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 24.09.2021-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı barədə bildiriş göndərilmiş, 2019-cu il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəylərinin olduğu təqdirdə həmin rəyin təşkilata göndərilməsi qeyd edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən Şəxs MMC-yə inzibati xəta haqqında protokolun tərtib olunacağı barədə bildiriş göndərilmiş, həmçinin 2019-cu il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəylərinin olduğu təqdirdə həmin rəyin təşkilata göndərilməsi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC inzibati xəta haqqında protokolun tərtib olunacağı və qeyd edilən auditor rəyinin olduğu təqdirdə həmin rəyin təşkilata göndərilməsi barədə xəbərdar edilsə də, cəmiyyət tərəfindən rəy qeyd edilən tarixdə təşkilata təqdim olunmamışdır. Şəxs MMC tərəfindən törədilmiş bu inzibati xəta iş materiallarında olan inzibati xəta haqqında protokol və işin araşdırılmış halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, «OSKAR-1” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar