Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-355/2021 05.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ÜƏYYƏN E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs 04.10.2021-ci il tarixdə səs küy salaraq polisin iş fəaliyyətinə maneəçilik törətmiş, onu nizam-intizama dəvət edən polis əməkdaşların qanuni tələblərinə tabe olmayaraq, öz qanunsuz hərəkətlərinə davam etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 04.10.2021-ci il tarixdə evə gəlmiş, bu zaman anası X1 onun evə qoymaması səbəbindən aralarında mübahisə olduğu üçün Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurmuş, biraz sonra evə polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. İnzibati xəta törədən həmçinin polis əməkdaşlarına qarşı heç bir hərəkət etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X2 izahat verib bildirdi ki, 04.10.2021-ci il tarixdə Şamaxı rayon Polis Şöbəsinin növbətçi hissəsinə Şamaxı sakini X4 tərəfindən daxil olmuş məlumat əsasında Şamaxı RPŞ-nin CAB-nin axtariş üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Fərid Əmirovla birlikdə ünvan 1 ünvanında olmuş, Şəxs ilə evin yerləşdiyi küçədə görüb ona özlərini təqdim etmiş barəsində olan şikayətlə əlaqədar Şamaxı RPŞ-nə dəvət edilmişdir. Şəxs ucadan səs-küy salıb onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X3 ilə eyni məzmunlu izahat verdi. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, şahidlərin izahatı, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ilk dəfə inzibati qaydada məsuliyyətə cəlb olunmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı, təqsirinin dərəcəsinin, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan həbs növündə cəza təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. İnzibati həbs etmənin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-355/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-355/2021
05.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver