Məhkəmə qərarları › İş №3(074)-356/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-356/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-356/2025 08.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 iyul 2025-ci il tarixli, EQ 29536609 nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 iyul 2025-ci il tarixli, EQ 29536609 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Baş X4 İdarəsinin EQ 29536609 saylı elektron qərarına əsasən, o, 45 manat məbləğində cərimə olunmuşdur. Guya o, xx.xx.2025-ci il tarixdə idarə etdiyi Mersedes-609 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı- Şamaxı-Yevlax yolunun Ağsu aşırımların ötüb Şamaxı istiqamətində Şirvan kəndini ötüb Şamaxı istiqamətində hərəkət edərkən hərəkət sürətini 21-40 km/saat həddində aşmaqla inzibati xəta törətmişdir. O, bu qərarla razı deyil. Belə ki, onun idarə etdiyi Mersedes-609 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yük maşınıdır. Guya o, həmin maşınla hadisə vaxtı saatda 90 km. sürət həddi seçilmiş yolda 101 km/saat sürətlə idarə etmișdir. Əvvəla onun idarə etdiyi nəqliyyat vasitəsini saatda 100 km-lə idarə etmək mümkün deyil. İdarə edilsə belə, əgər 101 km/saat sürətlə getmişdirsə də, onu DYP 10 manat cərimə etmək hüququna malik idi. Lakin BDYP onu xx.xx.2025-ci il tarixli, EQ 29536609 saylı elektron qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 2 bal cərimə yazmaqla 45 manat cərimə yazmışdır. O, barəsində inzibati protokol tərtib edən DYPX ișçisi Azərə müraciət etmiş ki, o, mașını bu surətlə idarə etməmişdir. Etmiș olsa belə 101 km/saatla idarə etməyə görə 10 manat cərimə edilməli idi. Polis bildirmişdir ki, ola bilsin həmin vaxtı şəkildə əks edilən Hunday markalı maşının cəriməsi səhvən ona yazılıb. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş 27 iyul 2025-ci il tarixli, EQ 29536609 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 M-4, Bakı-Şamaxı-Yevlax yolu 134 kilometrində xx.xx.2025-ci il tarixdə saat 10:14:06 radələrində MERCEDES BENZ 609D yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 328.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir. İş materiallarına əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 10:14:06 radələrində qeyd edilən yolda Hunday markalı maşının şəkili də əks olunur. Ola bilsin ki, həmin inzibati xətanı X2 tərəfindən MERCEDES BENZ 609D yük markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən törədilməmişdir. Eyni zamanda, iş materiallarında olan fotoşəkillərdən qeyd edilən istiqamətdə yük maşınları üçün nəzərdə tutulmuş digər surət həddini müəyyən edən yol nişanlarının olmasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hal araşdırlmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Belə ki, səlahiyyətli orqan tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə dair, Azərbaycan Respublikasının İXM-nin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 135.1.1ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə də məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə tərtib edilmiş 27 iyul 2025-ci il tarixli, EQ 29536609 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə tərtib edilmiş 27 iyul 2025-ci il tarixli, EQ 29536609 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar