Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-357/2024 10.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, ünvan 2 ünvanda yaşayan, Şəxs üzərində sollefana bükülü olan təmiz çəkisi 0,945 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan marixuana saxlanması faktı baxış protokolu, alınmış izahatlar ilə, Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 27 mart 2024-cü il tarixli, 7/319 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 20 fevral 2024-cü il tarixdə Şamaxı şəhərində olan zaman "Watsapp" vastəsi ilə tanımadığı özünü İran-İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ona bildirmiş ki, onda marixuna vardır. Bu səbəbdəndə o, onun dediyi Abşeron rayon Xırdalan şəhərində yerləşən "AAAF" parkın yaxınlığına gedib onun dediyi kimi yol kənarından sellofana bükülü olan marixunanı götürüb Şamaxı şəhərinə gəlmişdir. Həmin vaxtdan sonra marixuanın müəyyən hissəsini istifadə etsə də qalanını üzərində gəzdirmişdir. xx.xx.2024-cü il tarixdə 18 radələrində Şamaxı rayon Mədrəsə qəsəbəsinin giriş hissəsində olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərinə baxış keçirmişlər. Üzərinə baxış keçirərkən əynindəki ağ rəngli rəngli jaketin sol yan cibində ağ rəngli sellofana bükülmüş büküm aşkar edilmiş, polis əməkdaşları həmin ağ rəngli sellofan bükümü açdıqda içərisindən yaşıl rəngli xüsusi spesifik iyə malik olan marixuna aşkar edilmişdir. Onların iştirakları ilə üzərindən aşkar edib götürdükləri içərisində narkotik vasitə olan, marixuna bükümü polis əməkdaşları kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və bununla əlaqədar protokol tərtib edilmişdir. Həmin zərfi və protokolu o, vəkil və baxışda iştirak edən polis əməkdaşları imzalamışlar. O, narkotik alüdəçisi deyildir. Onun müalicəyə ehtiyacı yoxdur. Dəfələrlə deyilsədə müalicədən imtina etmişdir. O, narkotik vasitələrin satışı ilə məğul olmur. Narkotik vasitəni satmaq üçün üzərində saxlmamışdır. Həmin narkotik vasitəni toy gecəsində istifadə etmək üçün saxlamışdır. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 2 ünvanda yaşayan, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3016 saylı rəydən görünür ki, Şəxs kannabioidlərdən istifadə etmə halları oiub. Lakin, hal- hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/319 saylı ekspert rəyindən görünür ki, Şəxs üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya oxşar kütlə yazı və imzalar olan zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 0,945 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Materiala əlavə edilmiş Şamaxı RPŞ-nin TQ-nın baş təhqiqtçısı, polis mayoru Telman Xasayevin tərəfindən tərtib edilmiş 08 05.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yaşayan, Şəxs narkotik maddələrin saxlanılmasında şübhəli bilinərək rayon polis şöbəsinə gətrildikdən sonra Şamaxı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis kapiatnı Cəlil Mustafayevin raportu daxil olmuşdur. Araşdırma zamanı ünvan 2 ünvanda yaşayan, Şəxs üzərində olan kibrit qutusunda təmiz çəkisi 0,945 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitələr olan marixuanm saxlanması faktı təsdiq olunmuş baxış protokolu, alınmış izahatlar ilə, Məhkəmə Ekspertiza Mərkəzindən göndərilmiş 27 mart 2024-cü il tarixli, 7/319 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Lakin üzərində şəxsi istehlak miqdarında narkotik vasitə olan qurudulmuş marixuana saxladığı üçün Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə inzibati xəta hesab Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86 və 212-ci maddələrinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasınm rədd olunması barədə qərar qəbul olunraq qərarın sürəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə tədbir görülməsi üçün RPŞ-in İTB-nə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, ekspert rəyi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olmaması məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə narkotik vasitə olan 0,895 qram çəkidə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 10 may 2024-cü il tarix, saat 17:00-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. İş üzrə narkotik vasitə olan 0,895 qram çəkidə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-357/2024
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-357/2024
10.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver