Məhkəmə qərarları › İş №3(074)-358/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-358/2020

10.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-358/2020 10.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, Şamaxı şəhəri M.Əliyev küçəsi 10 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(074)-593/2011 saylı icra vərəqəsinin icrasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(074)-593/2011 saylı icra vərəqəsinə əsasən ondan və Kərimova Tövhə Babaxan qızından 5 qramlıq nişan üzüyü dəyəri 650 ABŞ dollar, 18 qramlıq kalye, 12 qramlıq qolbaq dəyəri 2200 ABŞ dolları, 3 komplekt dəyəri 1200 ABŞ dolları, 8 qramlıq sep dəyəri 100 manat, 2 qramlıq paxlava üzük dəyəri 70 manat, 4 qramlıq bantik üzük dəyəri 140 manat, 4 qramlıq fantaziya üzük dəyəri 140 manat, qolbaq 80 manat dəyərində alınıb X2 verilməlidir. Esmiraya 2136 manat borcu var, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Lakin anasının aldığ sosial müavinətdən 1534 manat pul tutulmuşdur. Həm də Esmira ilə razılığa gəliblər ki, hər ay 50 manat ödəniş etsin, həmin məbləğləri köçürməsi barədə qəbzləri məhkəməyə təqdim edərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahat verib göstərdi ki, inziabti xəta törədən Şəxs qızı Esmiraya 2136 manat borcu var. Əvvəl aralarında razılıq olub i, hər ay 50 manat ödəniş etsin, lakin buna baxmayaraq maddi imknaının olmadığını bildirərək ödəniş etməkdən boyun qaçırır. İnzibati xəta törədən Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 izahat verib göstərdi ki, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(074)-593/2011 saylı icra vərəqəsinə əsasən cavabdehlər X3 və Kərimova Tövhə Babaxan qızından 5 qramlıq nişan üzüyü dəyəri 650 ABŞ dollar, 18 qramlıq kalye, 12 qramlıq qolbaq dəyəri 2200 ABŞ dolları, 3 komplekt dəyəri 1200 ABŞ dolları, 8 qramlıq sep dəyəri 100 manat, 2 qramlıq paxlava üzük dəyəri 70 manat, 4 qramlıq bantik üzük dəyəri 140 manat, 4 qramlıq fantaziya üzük dəyəri 140 manat, qolbaq 80 manat dəyərində alınıb X2 verilməlidir. Görülmüş icra tədbirləri nəticəsində borclu Şəxs dəfələrlə xəbərdar edilməinə baxmayaraq şöbəyə gəlmiş və barəsində olan qalıq 2136 manat əmlakın dəyərini ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir. Həmçinin borclunun əmlak və gəlirlərinin axtarışları nəticə verməmişdir. Şamaxı rayon Məhkəməsinin 8(074)-3/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə borclu xx xxxxxx 1976-cı ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri M.Əliyuev küçəsi 10 saylı evdə qeydiyyatda olan Şəxs Mqrsəl olunun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Hazırda barəsinə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 2136 manat borcu var. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(074)-593/2011 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs, Kərimova Tövhə Babaxan qızından 5 qramlıq nişan üzüyü dəyəri 650 ABŞ dollar, 18 qramlıq kalye, 12 qramlıq qolbaq dəyəri 2200 ABŞ dolları, 3 komplekt dəyəri 1200 ABŞ dolları, 8 qramlıq sep dəyəri 100 manat, 2 qramlıq paxlava üzük dəyəri 70 manat, 4 qramlıq bantik üzük dəyəri 140 manat, 4 qrmlıq fantaziya üzük dəyəri 140 manat, qolbaq 80 manat dəyərində alınıb X2 verilməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati materiala xitam verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2012-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2012-ci il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. Belə ki, məhkəmə baxışında müəyyən olundu ki, Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli 2(074)-593/2011 saylı icra sənədi üzrə ödənilməyən məbləğ 2136 təşkil edir, tərəflər öz aralarında hər ay 50 manat ödəniş etmələri razılığna gəlmişlər, məhkəmə baxışı zamanı Şəxs tərəfindən 50 manat ödəniş edilmiş, o icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə borclu məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Şamaxı rayon Məhkəməsinin 2(074)-593/2011 saylı xx xxxxxx 2011ci il tarixli icra vərəqəsinin icra sənədinin icrasından qərəzli olaraq yayınma halı müəyyən olmadığından onun əməlində inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətinə müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar