Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-359/2020 28.10.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Adnalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-1960/2016 saylı icra sənədi üzrə 8160 manat məbləğində borcun icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, hal-hazırda 240 manat maaş aldığı üçün maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Lakin maddi imkanı olduqda ödəyəcəyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş icra məmuru X5 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-1960/2016 saylı icra sənədinə əsasən Şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq xx.xx.2004-cü ildə doğulmuş X2 və xx.xx.2007-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat məbləğində aliment alınıb X1 verilməlidir. Lakin Şəxs borcunu ödəməmiş, borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmiş və ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Şəxs izahat verərək maddi imkanı olmadığı üçün borcundan ödəniş edə bilməyəcəyini bildirmişdir. Beləliklə də o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə 8160 manat borcu vardır. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(074)-1960/2016 saylı icra sənədinin surətindən görünür ki, Şəxs xx xxxx 2016-cı il tarixdən başlayaraq xx.xx.2004cü ildə doğulmuş X2 və xx.xx.2007-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 80 manat olmaqla, cəmi 160 manat məbləğində aliment alınıb X1 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Şəxs icranı dərhal təmin etməsinin təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs barəsində olan borcun icrasını dərhal təmin etməsi təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(074)- 1/2019 saylı qərardadının surətindən görünür ki, Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarında olan borclunun axtarılması barədə xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs izahatından görünür ki, Şəxs icra sənədini icra etməkdən qərəzli olaraq boyun qaçırdığı halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı izah olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və icra sənədinin icrasını təmin etməyərək icranı həyata keçirməmişdir. Beləliklə də, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında işə baxılan zaman proses iştirakçılarının izahatları, iş materialları, inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilərək, barəsində inzibati tənbeh tədbiri görülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-359/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-359/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver