Məhkəmə qərarları › İş №3(074)-359/2021

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-359/2021

13.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-359/2021 13.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ İş № 3(074)-359/2021 İNZİBATİ XƏTA HAQQİNDA İŞ ÜZRƏ Q Ə R A R 13 oktyabr 2021-ci il Şamaxı şəhəri Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş 13.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs 12.10.2021-ci il tarixdə saat 16:10 radələrində Şəhriyar qəsəbəsində Miqrasiya idarəsinin yanında avtoxuliqanlıq edərək idarə etdiyi avtomobil ilə ziq-zaqvari hərəkətlər etmişdir, daha sonra orada Zərərçəkmiş şəxs ünvanına təhqiramiz ifadələr etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 510 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 12.10.2021-ci il tarixdə Şəhriyar qəsəbəsinə dönən yolda ictimai yerdə əl əyləcindən istifadə edərək nəqliyyat vasitəsini sürüşdürmüş, sonra istiqamətini dəyişərək şəhər istiqamətinə yönəlmişdir. O, həmin vaxt Şəhriyar qəsəbəsi ərazisində Rüfanə adlı qızı görməmiş, ona qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Avtomobili ilə belə hərəkətlər etmək onun hobbisidir. O, əvvəllər də avtomobili ilə belə hərəkətlər etmiş və başqa maddələrlə cərimə edilmişdir. Lakin avtoxuliqanlıqla ilk dəfədirki tutulur. Etdiyi əməldən peşmandır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, o, ADPU-nin Şamaxı rayon filialında 1-ci kurs tələbəsi kimi təhsil alır. 12.10.2021-ci il tarixdə Şamaxı şəhərinin mərkəzindən alış-veriş edib yaşadığı ünvana qayıdarkən adını bilmədiyi bir nəfər şəxs ona söz atmağa və narahat etməyə başlamış, o, fikir verməsə də həmin şəxs bu hərəkətlərinə davam etmişdir. Həmçinin ona qarşı lazımsız nalayiq ifadələr işlətməyə başlamış, sonradan o öz avtomobili ilə arxadan gələrək avtoxuliqanlıq etmişdir. Buna görə də, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı RPŞ-nin DYPB-nin YPX üzrə baş inspektoru, polis baş leytenantı X3 izahat verib bildirdi ki, 12.10.2021-ci il tarixdə təxminən saat 16:40 radələrində Şamaxı rayon Şəhriyar qəsəbəsində xidmətdə olarkən VAZ 2106 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşının yüksək surətlə ziqzaqvari hərəkətlər etdiyini görmüş, həmin nəqliyyat vasitəsinin sürücüsünə saxla işarəsi verilmiş, lakin həmin sürücü nəqliyyat vasitəsini sürərək gəlib Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində saxlamışdır. O, həmin sürücüyə yaxınlaşmış, ona etdiyi qayda pozuntusunu izah etmiş və ona bildirilmişdir ki, onun ictimai yerdə etdiyi bu hərəkətlər avtoxuliqanlıq hərəkətidir. Tərəfindən VAZ 2106 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs nəqliyyat vasitəsi ilə birgə Şamaxı rayon Polis Şöbəsinə gətirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, proses iştirakçılarının izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddəri ilə təqsirli bilinməli və İXM-nin 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilsin, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən 511.1.3-cü maddəsinin sanksiyası çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs etmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar