Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-359/2023 18.08.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X7 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayonu Yol patrul xidməti baş inspektor polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Tardıq oğlunun iştirakları ilə, 06 oktyabr 1972-ci ildə şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı şəhəri A.M.Əhmədov küçəsi 39 saylı evdə qeydiyyatda olan və yaşayan Şəxs Tardıq oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Tardıq oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon X5 X8 tərəfindən tərtib olunmuş İXP ******* nömrəli 17 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayonu Yol patrul xidməti baş inspektor polis kapitanı X3 izahat verib bildirdi ki, Şəxs Tardıq oğlu sürücülük hüququ olmadan xx.xx.2023-cü il tarixində saat təxminən 13:55 radələrində Şamaxı şəhəri Şəhriayr qəsəbəsi ərazisində X2 idarə etdiyi SSANG YONG minik markalı 99 FX074 dövlət nömrə nişanlı avtomaşının yoluna çıxıb onunla toqquşaraq inzibati xəta törətmiş, xəta nəticəsində zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq Şəxs Tardıq oğlu barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, Şamaxı şəhərində xx.xx.2023-cü il tarixində saat təxminən 13:55 radələrində X2 idarə etdiyi SSANG YONG minik markalı 99 FX074 dövlət nömrə nişanlı avtomaşınla onun yoluna çıxaraq toqquşmuşdur. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, hadisə vaxtı heç bir xəsarət alan olmayıb. Törətdiyi əmələ görə çox peşmandır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Vaz 21140 minik markalı 99 SY015 dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Şamaxı rayonu Şəhriyar qəsəbəsi ərazisində hərəkətdə olarkən həmin kilometrdə yolayrıcından X2 idarə etdiyi SSANG YONG minik markalı 99FK074 nömrə nişanlı avtomobilin qarşısına çıxararq yol nəqliyyatı hadisəsi törətmişdir. Hadisə nəticəsində 99KF074 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi ziyan vurulmuşdur. İş materiallarında olan 18 avqust 2023-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs məxsus AC 452126 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsinin müddəti 10 iyul 2023-cü il tarixdə qüvvədən düşməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol nəqliyyat hadisəsinin sxemi, özünün etirafedici izahatı ilə yanaşı zərər çəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Tardıq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500(beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(074)-359/2023
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-359/2023
18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver