Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-360/2021 14.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şamaxı rayonu, Nüydü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Nüydü kəndində qeydiyyatda olan və yaşayan. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 14.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahat verib bildirdi ki, 09 iyul 2020-ci il tarixli qərarla icraata başlanılmış Şamaxı Rayon Məhkəməsinin 2(074)-547/2020 saylı, 06.07.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 06.07.2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 12.06.2013-cü il təvəllüdlü X6 və 14.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla cəmi 170 manat sabit pul məbləğində aliment tutulub tələbkar X5 verilməlidir. Borclu Şəxs dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan məhkəmə qərarı üzrə yaranmış borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq icra məmuru tərəfindən borcluya rəsmi və şifahi qaydada barəsində borcun ödəmədiyi halda məsuliyyət ona izah edilmiş, lakin borcunu ödəməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış elan edilmiş və borcunu ödəməsi barədə ona dəfələrlə xəbərdarlıq edilmişdir. Hazırda onun borcu 1820 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədində göstərilən tələbin müəyyən hissəsini icra etmiş, lakin hal-hazırda işləmir. 2-ci qrup əlil olduğundan, səhhəti işləməyə imkan vermir. Eyni zamanda hazırda aldığı pensiya dayandırılıb. Buna baxmayaraq o maddi imkanı çatan qədər borcundan ödənişlər edib. Sonuncu dəfə isə 13.10.2021-ci il tarixdə 100 manat ödəyib. Aliment borcunu hissəhissə ödəyərək bitirəcəkdir. Maddi imkanının çox çətin olmasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)-547/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, borclu Şəxs 06.07.2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş 12.06.2013-cü il təvəllüdlü X6 və 14.06.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 85 manat olmaqla cəmi 170 manat sabit pul məbləğində aliment tutulub tələbkar X5 verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 09 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)-547/2020 saylı icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 27.01.2021-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Şamaxı rayonu Nüydü kəndində qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-78/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 2(074)-547/2020 saylı icra sənədinin icrası ilə əlaqədar borclu Şəxs məcburi gətirilməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı rədd edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu Şəxs adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İş materiallarında olan köçürmə qəbzindən görünür ki, Şəxs tərəfindən 13.10.2021-ci il tarixdə X2 hesabına 100 manat məbləğində pul köçürməsi olmuşdur. İş materiallarında olan qəbzin surətindən görünür ki, 01.12.2020-ci il tarixdə Şamaxı rayon İcra və X3 Firidun Namid oğlu tərəfindən X5 100 manat məbləğində aliment pulu verilmişdir. İş materiallarında olan köçürmə qəbzindən görünür ki, Şəxs tərəfindən 01.06.2021-ci il tarixdə X2 hesabına 100 manat, 28.04.2021-ci il tarixdə 130 manat məbləğində pul köçürməsi olmuşdur. Məhkəmə, iş materiallarına və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Proses iştirakçılarının məhkəmə iclasında verdiyi izahatlardan və icra işinə əlavə edilmiş sənədlərdən aydın olur ki, icra sənədinin icraya yönəldildiyi vaxtdan etibarən borclu Şəxs borcunun ödənilməsinə laqeydlik göstərməmiş, heç bir yerdə işləmədiyindən və maddi imkanı olmadığından borcunu ödəyə bilməmiş, maddi imkanın yol verdiyi həddə borcundan ödənişlər etmiş və sonuncu dəfə 13.10.2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-360/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-360/2021
14.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver