Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-361/2020 02.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-80/2020 saylı icra sənədi üzrə 20000 manat məbləğində borcun icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, Zərərçəkmiş şəxs ona sələmlə 4240 manat məbləğində pul vermiş, hər gün borcundan 150-180 manat olmaqla Zərərçəkmiş şəxs qaytarmış, hazırki vəziyyətdə isə ona borcu qalmamışdır. Həmçinin Şamaxı rayonu, Göylər kəndində qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamadığı üçün onun barəsində məhkəmə olan mülki işdən xəbəri olmamış, eyni zamanda çıxarılmış qətnaməni almamışdır. Ona bu barədə xx.xx.2020-ci il tarixdə rəsmi qaydada məlumat verilmişdir. Eyni zamanda barəsində çıxarılmış qətnaməni əldə etmək üçün məhkəməyə müraciət edəcəyini və həmin qətnamədən narazı olduğu üçün apelyasiya şikayəti verəcəyini bildirdi. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hal-hazırda ona 20000 manat məbləğində borcu vardır. Bu borc məhkəmə qətnaməsi ilə müəyyən olunmuş, icra olunması üçün göndərilmiş, lakin Şəxs borcunu icra etməmişdir. Həmçinin Şəxs verdiyi zahat yalandır. Belə ki, Şəxs həm məhkəmə, həm də onun tərəfindən dəfələrlə məhkəmə iclasları barədə məlumatlandırılmışdır. Odur ki, zərərçəkmiş şəxs borcu tələb etdiyini bildirərək, Şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 izahat verib bildirmişdir ki, xx.xx.2020-ci il tarixli 2(074)-80/2020 saylı icra sənədinə əsasən Şəxs 20000 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş xərc üzrə 100 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb Zərərçəkmiş şəxs verilməlidir. Borclu Şəxs borcunu ödəməsi barədə rəsmi və şifahi xəbardarlıq edilməsinə baxmayaraq o, icra sənədinin icrasından yayınmışdır. Həmçinin Şəxs icra sənədi üzrə 20000 manat məbləğində borcu qalmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 80/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 20000 manat əsas borc, hüquqi yardıma görə ödənilmiş xərc üzrə 100 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan Şəxs alınmış izahatdan görünür ki, Şəxs barəsində olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-80/2020 saylı icra sənədi üzrə mövcud olan borcu barədə xx.xx.2020-ci il tarixdə məlumatlandırılmışdır. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcundan yayınmamış və boyun qaçırmamışdır. Belə ki, Şəxs xx.xx.2020-ci il tarixdə icraata başlama haqqında qərarı almış, həmin tarixdə də könüllü icrası üçün 10 günlük müddət axımı başlamış, lakin icra məmuru tərəfində bu müddət gözlənilmədən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından yayınmamış, əməlində inzibati xəta tərkibi olmamışdır. İcra Haqqında Azərbaycan Respublikasın Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(074)-361/2020
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-361/2020
02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver