Məhkəmə qərarları › İş №3(074)-362/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-362/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-362/2020 02.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 1 saylı evdə qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 10:50 radələrində ünvan 1 saylı evdə anası Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söymüş, hadisə yerinə gələn polis əməkdaşları onu intizama dəvət etsələr də, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində anası Zərərçəkmiş şəxs yaşadığı evə köhnə maşının disklərini götürmək üçün getmiş, diksləri yığdığı yerdə görmədiyi üçün bu barədə anasından soruşmuş, anası maşın diskələrini metalloma verdiyi demişdir. Bundan başqa atasından qalan torpaq sahəsi üstündə aralarında mübahisə yaranmış, əsəbləşib söyüş söymüşdür. Polis əməkdaşı onu intizama dəvət etsə də, əsəbləşdiyi üçün əməlini davam etdirmişdir. Əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində oğlu Şəxs onu nəlayiq söyüşlərlə söyüş təhqir etmişdir. Məhkəmədən Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şamaxı rayon Polis şöbəsinin təhqiqatçısı polis kapitanı X1 göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 10:50 radələrində ünvan 1 saylı evdə anası Zərərçəkmiş şəxs ünvanına nəlayiq söyüşlər söymüş, hadisə yerinə polis əməkdaşları onu intizama dəvət etsələr də polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verib şahid Ramil Cavadovun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan inzibati qaydada tutuma haqqında xx xxxxxxx 2020-ci il tarixli BB 018954 saylı protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 13:45-də inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında işə baxılan zaman onun, zərərçəkmiş şəxsin, şahidin izahatları, iş materialları, inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməli və daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı sərxoş halda törətməsini inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən etdi. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halı, əmlak vəziyyətini, zərərçəkmiş şəxsdən üzr istəməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublkası İXM-nin 40.0.1,43,114,115,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və o, Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 manat miqdarında inzibati cərimə edilsin, onun xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınmaqla təyin olunmuş cərimə cəzası yüngülləşdirilsin və üzərində 150 (bir yüz əlli) manat cərimə cəzası saxlanılsın. Şəxs məhkəmə zalında dərhal həbsdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar