Məhkəmə qərarları › İş №3(074)-363/2020

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-363/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-363/2020 03.11.2020 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu, Bağırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Şamaxı rayonu, Bağırlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşdur. Ona görə ki, Şəxs Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-711/2020 saylı icra sənədinin icrasından yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, o, icra sənədi üzrə öz üzərinə düşənləri yerinə yetirmiş, icradan yayınmamışdır. Belə ki, Zərərçəkmiş şəxs ilə birgə nikahlarından doğulmuş uşaqlar özləri anaları ilə görüşmək istəməmiş və imtina etmişlər. O, icra sənədinə uyğun olaraq uşaqları anası ilə görüşmürmək üçün təyin olunan yerə vaxtında gətirmiş və icra sənədinin icrasında yayınmamışdır. Zərərçəkmiş şəxs uşaqlarını atıb getməsi səbəbindən uşaqlar özləri onunla görüşməkdən imtina etmişlər. Odur ki, RuslanMirzəyev icra sənədinin icrasında yayınmadığını bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs uşaqlarına psixoloji təsir göstərərək onları öyrətmiş, onunla görüşməmələri üçün uşaqlara təsir göstərmişdir. Odur ki, Şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmənin iclasında şahid qismində dindirilmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verib bildirmişdir ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-711/2020 saylı icra sənədinə əsasən tərəflər arasında məhkəmənin icraatında olan işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Zərərçəkmiş şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 18:00-dək görüş vaxtı müəyyən edilmişdir. Lakin təyin olunan vaxtda tərəflərin və uşaqların təyinat yerinə gəlmələrinə baxmayaraq uşaqlar ünsiyyətdən imtina etmişdir. Məhkəmə iclasında fikirləri dinlənilmiş tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 analarının altı aydır ki, onları atıb getdiyi bildirərək onunla görüşmək istəmədiklərini bildirdilər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsi, şahidi və azyaşlı uşaqları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)- 711/2020 saylı icra vərəqəsinin surətindən görünür ki, məhkəmənin icraatında olan işə mahiyyəti üzrə baxılıb qurtarana kimi ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə və bazar günləri saat 14:00-dan 18:00-dək görüş vaxtı müəyyən edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, icra vərəqəsi üzrə borclu Şəxs icranı dərhal təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli könüllü icra barədə bildirişindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. Məhkəmə baxışında müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrasından yayınmamış və boyun qaçırmamışdır. Belə ki, o, uşaqları görüş vaxtı anaları-Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olmaları üçün gətirsə də, uşaqlar özləri ünsiyyətdən imtina etmişlər. Həmçinin anaları-Zərərçəkmiş şəxs ilə görüşmək istəmədiklərini məhkəmə iclasında da bildirmişlər. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrasından yayınmamış, əməlində inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. İXM-nin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar