Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-365/2021 27.10.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakları ilə, 17.05.1988-ci ildə Şamaxı rayonu, Həmyəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş 26.10.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verib bildirdi ki, Göyçay rayon Məhkəməsinin 2(046)- 553/2014 saylı, 01.08.2014-cü il tarixli icra sənədi üzrə 21 fevral 2013-cü il tarixli, kredit müqaviləsi üzrə cavabdehlər X1 və X4 müştərək qaydada 3239,6 (üç min iki yüz otuz doqquz dollar altı sent) ABŞ dolları kreditin əsas məbləği, 330,6 (üç yüz otuz dollar altı sent) ABŞ dolları faiz borcu, 134,96 (bir yüz otuz dörd dollar doxsan altı sent) ABŞ dolları cərimə olmaqla, cəmi 3705,16 (üç min yeddi yüz beş dollar on altı sent) ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin indiyədək icra sənədi üzrə heç bir ödəniş olmamışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu icra sənədində göstərilmiş tələbi icra etməmiş, əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, onun barəsində axtarış və məcburi gətirilmə qərar alınmışdır. Qahir Ömərov isə izahat verərək barəsində olan icra sənədi üzrə olan borcunu zamin olduğuna görə və maddi imkanının olmadığı üçün ödəməyəcəyini bildirmişdir. Beləliklə də, borclu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətə ödəməkdən boyun qaçırmışdır. Hal-hazırda X5 icra sənədi üzrə heç bir ödəniş həyata keçirmədiyi üçün 3705,80 ABŞ dolları (manat ekvivalenti ilə) ödənilməmiş borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X9 izahat verib bildirdi ki, onun qətnamədən xəbəri olmamışdır. O, həmin icra sənədi üzrə zamin olduğuna görə və maddi imkanı olmadığı üçün heç bir ödəniş edə bilmir. Ona möhlət veriləcəyi təqdirdə o, digər boclu ilə əlaqə saxlayıb ona borcunun ödəməsini deyəcəkdir. Bunları nəzərə alaraq, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 01.08.2014-cü il tarixli 2(046)- 553/2014 saylı icra vərəqəsinin surətindən görünür ki, 21 fevral 2013-cü il tarixli, kredit müqaviləsi üzrə cavabdehlər X1 və X4 müştərək qaydada 3239,6 (üç min iki yüz otuz doqquz dollar altı sent) ABŞ dolları kreditin əsas məbləği, 330,6 (üç yüz otuz dollar altı sent) ABŞ dolları faiz borcu, 134,96 (bir yüz otuz dörd dollar doxsan altı sent) ABŞ dolları cərimə olmaqla, cəmi 3705,16 (üç min yeddi yüz beş dollar on altı sent) ABŞ dolları manat ekvivalenti ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, icra sənədi üzrə 27.08.2014-cü il tarixdə icraata başlanılmış və həmin tarixli bildiriş X7 Göyçay Rayon Məhkəməsinin 01.08.2014-cü il tarixli 2(046)-553/2014 saylı icra sənədinin icrasını könüllü təmin etməsinin təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 8(074)-100/2021 saylı, 26 avqust 2021ci il tarixli qərarının surətindən görünür ki, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan 17.05.1988-cü il təvəllüdlü X2 rayon məhkəməsinin 01.08.2014-ci il tarixli, 2(046)-553/2014 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Şamaxı rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. İş materiallarında olan borclunun axtarılması haqqında 05.10.2021-ci il tarixli qərarın surətindən görünür ki, X5 barəsində axtarış elan edilmişdir. İş materiallarında olan icra işi üzrə şəxsi kartoçkadan görünür ki, borclu X5 adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X9 məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqəsinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimə edilməsinin lüzumsuz olduğunu nəzərə alaraq hesab edir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablansın. X9 inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-365/2021
Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-365/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver