Məhkəmə qərarları › İş №3(074)-366/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-366/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-366/2025 05.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsinin icra edən X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon İcra və Probasiya Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən X3 izahat verib bildirdi ki, Şamaxı rayon Məhkəməsinin e-2(074)-894/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə 4677,87 manat əsas, 376,64 manat faiz olmaqla, cəmi 5054,51 manat borc və ödənilmiş 70.55 manat dövlət rüsumu tutulmalıdır. Eyni zamanda, Şamaxı rayon Məhkəməsinin 2(074)-1068/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 4770 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 67,7 manat pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədləri şöbənin icraatına daxil olduqdan sonra icraata başlanılmış və icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası üçün dəfələrlə xəbərdarlıq edilmişdir. Borclunun əmlak və gəlirlərinin axtarışları heç bir nəticə verməmiş, barəsində axtarış elan edilmişdir. Lakin o, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs e-2(074)-894/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 5125,06 manat, 2(074)-1068/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə 3937,7 manat borcu vardır. Borclu Şəxs izahat verib bildirmişdir ki, məhkəmə qərarında göstərilən borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, aylıq gəliri 500 manat təşkil edir, "xxxx" ASC-yə hər hansı ödəniş etməmişdir, Zərərçəkmiş şəxs 900 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verib bildirdi ki, icra sənədi barəsində məlumatlıdır, icraata başlamaq haqqında qərar və bildiriş ona təqdim edilmişdir. Aylıq gəliri 500 (beş yüz manat) təşkil edir. Ödənişləri aylara bölünməklə hissə-hissə etməyə hazırdır. Tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli hesab edərək, cərimə olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, borcu Şəxs verdiyi sözlərə əməl etməmiş, borc məbləğindən cəmi 900 manat ödəniş etməklə yerdə qalan borc məbləğini ödəməmişdir. Borclu Şəxs məsuliyyətə cəlb edilərək cərimə edilməsini xahiş edir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin e-2(074)-894/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs iddiaçı "xxxx" ASC-nin xeyrinə 4677,87 manat əsas, 376,64 manat faiz olmaqla, cəmi 5054,51 manat borc və ödənilmiş 70,55 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 2(074)-1068/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 4770 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 67,7 manat pul alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 23 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli, e285157/2024-52-11-004 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan icraata başlamaq haqqında 03 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan 03 oktyabr 2024-cü il tarixli, e291748/2024-52-11-002 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icranı könüllü həyata keçirməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında 02 iyun 2025-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, tələbkar Zərərçəkmiş şəxs Şamaxı rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, borclu Şəxs xx.xx.2024-cü il tarixədək borcun yarı hissəsini ödəyəcəyinə söz verdiyi üçün ona xx.xx.2024-cü il tarixədək vaxt versilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borclu Şəxs borcluya olan borcun yarı hissəsini ödəyəcəyinə söz verərək ona xx.xx.2024-cü il tarixədək vaxt verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, borclu Şəxs icra sənədlərindən məlumatlı olduğunu, "xxxx" ASC ödəniş etmədiyini, Zərərçəkmiş şəxs 900 manat ödəniş etdiyini, aylıq gəlirinin 500 manat olmasını və məhkəmə qərarını icra etməkdən qəzəli olaraq boyun qaçıracağı hal olarsa inzibati və cinayət məsuliyyəti barədə xəbərdar olunmasını bildirmişdir. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borclu Şəxs adına olan hər hansı əmlak, əmək haqqı və digər gəlirləri barədə məlumat aşkar edilməmişdir. Məhkəmə proses iştraçılarının izahatını dinləyib və inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətaların xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını nəzərə alıb, hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürür Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar