Məhkəmə qərarları › İş №3(074)-367/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-367/2024

13.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-367/2024 13.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1 izahatında göstərdi ki, 29 fevral 2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon polis şöbəsinə gətirilmiş, ünvan 2 ünvanda yaşayan Şəxs narkotik vasitələr əldə etməsində və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. 29 fevral 2024-cü il tarixdə axşam saatlarında Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşadığı ünvandan çıxıb, qəsəbə ərazisində yerləşən dükana gedən zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş ünvan 2 ünvanda yaşayan Şəxs üzərində, bir ədəd siqaret qutusunda təmiz çəkisi 1.82 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlaması faktı müəyyən edilmişdir. Lakin Şəxs əməli hazırkı qanunvericiliyə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 29 fevral 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı Şamaxı rayonu Şəhriyar qəsəbəsində avtobus dayanacağının yanına yaxınlaşmış, avtobus gözləyən zaman dayanacağın kənarında siqaret qutusunu görmüş, həmin siqaret qutusu marağına səbəb olduğu üçün götürmüş və açıb baxdıqda içərisində açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmasını görmüşdür. Əvvəllər marixuana istifadə etdiyi üçün həmin marixuananı istifadə etmək üçün üzərindəki Sobranie yazılmış siqaret qutusunu əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və 29 fevral 2024-cü il tarixdə axşam saatlarında Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşadığı ünvandan çıxıb, qəsəbə ərazisində yerləşən dükana gedən zaman ona mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşmışdır. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə saxlamaqla şübhəli olduğunu ona bildirmişlər. Lakin o, etiraz edərək üzərində heç bir narkotik vasitənin olmamasını onlara bildirmişdir. Həmin şəxslər onu Şamaxı rayon polis şöbəsinə dəvət etdikdə, o, onlarla birlikdə Şamaxı rayon polis şöbəsinə gəlmişdir. Şamaxı rayon polis şöbəsinin inzibati binasında mobil telefonla videogörüntüyə çəkilməklə onun üzərimdə axtarış aparılmışdır. Üzərinə axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibində Sobranie yazılmış siqaret qutusu aşkar edilmiş, polis əməkdaşları Sobranie yazılmış siqaret qutusu açdıqda içərisindən açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən bir ədəd Sobranie yazılmış siqaret qutusu və bir ədəd Samsung markalı telefon aşkar olmuş və götürülmüşdür. O, narkotik vasitələrin satışı ilə məğul olmur. Narkotik vasitəni satmaq üçün üzərində saxlmamışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün saxlamışdır. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ünvan 4 ünvanda yaşayan, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/350 saylı rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “......Şəxs üzərində aşkar olunmuş siqaret qutusunun içərisində qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan zərfdə 1(bir) ədəd siqaret qutusunda təmiz çəkisi – 1,82 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır, tədqiqatdan sonra qalıq – 1,80 qram təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş rəydən görünür ki, Şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal- hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Materiala əlavə edilmiş Şamaxı RPŞ-nin TQ-nın təhqiqtçısı Vüqar Mehraliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 29 fevral 2024-cü il tarixdə Şamaxı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon polis şöbəsinə gətirilmiş, ünvan 2 ünvanda yaşayan Şəxs narkotik vasitələr əldə etməsində və üzərində saxlaması barədə məlumat daxil olmuşdur. 29 fevral 2024-cü il tarixdə axşam saatlarında Şamaxı rayonu Şəhriyar qəsəbəsində yaşadığı ünvandan çıxıb, qəsəbə ərazisində yerləşən dükana gedən zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş ünvan 2 ünvanda yaşayan Şəxs üzərində, bir ədəd siqaret qutusunda təmiz çəkisi 1.82 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlaması faktı müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı ilə yanaşı, şahidin izahatı, ekspert rəyi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olmaması məhkəmə araşdırması ilə müəyyən edildiyindən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə narkotik vasitə olan 1,80 qram çəkidə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 13 may 2024-cü il tarix, saat 18:50-dən hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. İş üzrə narkotik vasitə olan 1,80 qram çəkidə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar