Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 3(074)-368/2021 15.11.2021 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel pərvin qızının katibliyi ilə, Azərbaycan Respublikası Qida X1 regional bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida X1 regional bölməsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, 25.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Nurlan” şadlıq sarayının sahibidir. Yeni növ koronavirus pandemiyasının yayılması ilə əlaqədar 14 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin əməktaşları sarayda şənlik mərasimi keçirilən zaman monitorinq zamanı onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol yazmışlar və 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Protokol tərtib edilən zaman orada iştirak etməmişdir. Qida təhlükəsizliyinin əməkdaşları protokolu tərtib edən zaman qeyd ediblər ki, güya 14 oktyabr 2021-ci il tarixdə Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Nurlan” şadlıq sarayında monitorin zamanı epidemiya əleyhinə rejimin, sanitariya-qiqiyena və karantin rejiminin pozulmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib ediblər. O, sonradan gedib olara iradını bildirib, qərarı istəyən zaman ona qərar tərtib olunub ünvanına göndəriləcəyi və sübutlarda təqdim olunacağı bildirilmişdir. Qərar 25 oktyabr 2021-ci ildə tərtib olunub və ona göndərmiyib. 29 oktyabr 2021-ci ildə idarəyə gedərək qərarı tələb etmiş, qərarın və sənədlərin surətləri ona təqdim edilmişdir. Baxış keçirilmə haqqında protokolda qeyd edilib ki, “hər masa arxasında 6 nəfər qonaq yerləşdirilməli olduğu halda 10 nəfər yerləşdirilmişdir və şənlik mərasimində 200 nəfərdən artıq şəxs iştirak etdiyi müəyyən olunmuşdur”. O, bu qərarla razı deyil və həmin cəriməni ödəməyə maddi imkanı yoxdur. Orada olmamış, nə baş verdiyindən də məlumatı yoxdur. Şadlıq sarayında neçə nəfər olduğunu bilmir. İnzibati xəta tərkibinin yaranması üçün onun tərkib əlaməti olan subyekt tərəfindən törədilməsidir. Protokoldan da, görünür ki, hadisə olan vaxtı o, orada olmamışdır. Orada qaydaların onun tərəfindən pozulmasına dair də işdə heç bir sübut yoxdur. Bu qərarı əsassız hesab edir və inzibati işin icraatına xitam verilməsini xahiş edir. Daha sonra şikayət vermiş şəxs X2 məhkəməyə ərizə ilə müraciət edərək, şikayət ərizəsinin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və şikayətini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, X2 və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs şikayət ərizəsinin baxılmasını tələb etməyərək şikayətini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Qida X1 regional bölməsi tərəfindən qəbul edilmiş 25.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Natiq İsmayılov
Məhkəmə qərarları › İş №3(074)-368/2021
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №3(074)-368/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver