Məhkəmə qərarları › İş №3(074)-368/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-368/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-368/2024 15.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X11 Murtuza oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi, vəkil X5, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Keçmədin kəndində, şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı, Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla bağlı Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X6 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12:58-də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətindən Şamaxı Rayon Polis Şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda, Şamaxı rayonu, Keçmədin kəndində yaşayan X7 Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edərək, xalası Zərərçəkmiş şəxs onun dayısı Bayram Allahverdiyev və dayısının arvadı İlahə tərəfindən döyülməsini və əşyaların sındırılması barədə məlumat verməsi göstərilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, qardaşı Bayramın həyat yoldaşı İlhamə tərəfindən döyülməsini və təhqir edilməsini göstərməklə, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şamaxı Rayon Polis Şöbəsinin təhqiqat bölməsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra, inzibati xəta haqqında iş üzrə icraatın açılması barədə qərar qəbul edilərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə Ramazan bayramı ilə əlaqədar, həyat yoldaşının doğma yurdu olan Şamaxı rayonunun Keçmədin kəndinə getmişdirlər. Mərhum qaynatasının evinə getdikdə, orada baldızı Zərərçəkmiş şəxs onları içəri buraxmaq istəməmiş və buna görə də, münaqişələri baş vermişdir. Münaqişə zamanı, Xədicə onun əlində olan termosu sındırdıqdan sonra, o da, acığından evdə olan köhnə əşyaları çölə atmışdır. Daha sonra, Xədicə evdə olan dəmir maşa ilə onun baş nahiyyəsindən vuraraq, xəsarət yetirmişdir. O isə, Xədicəni vurmamışdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 bildirdi ki, Şəxs barəsində araşdırma yalnız Zərərçəkmiş şəxs şikayəti əsasında başlanılmışdır. Zərərçəkmiş şəxs üzərində olan xəsarətlər Şəxs tərəfindən yetirilməsi barədə heç bir sübut yoxdur. Hesab edir ki, Şəxs barəsəində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, o, daimi olaraq oğlu Nihad ilə birlikdə Bakı şəhərində yaşayır. 2024-cü ilin mart ayının 22-də o, Bakı şəhərindən Şamaxı rayonunun Keçmədin kəndində yerləşən mərhum atasına məxsus olmuş evə gəlmişdir. Həmin vaxtdan qeyd olunan evdə qalır. xx.xx.2024-cü il tarixdə qardaşı Bayram və onun həyat yoldaşı İlhamə gələrək, onun həmin evdə nə işi olduğunu deyib, onu evdən çıxarmaq istəmişlər və buna görə, münaqişələri yaranmışdır. İlhamə onun saçını yolub, əşyalarını yerə tökmüşdür. O isə, əlindəki maşa ilə özünü müdafiə etmişdir. Həmin vaxt maşanın İlhaməyə dəyib-dəymədiyini xatırlamır. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis X4 təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ekspert rəyində Zərərçəkmiş şəxs üzərində olan xəsarətin - başın sağ alın təpə nahiyyəsində zədə küt əşya təsirindən törənməklə, xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkün olması, həmin xəsarətin sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan, dərəcəsinin təyin edilməməsi göstərilmişdir. Həmin qərardan görünür ki, izahatı alınan X1 göstərmişdir ki, Şamaxı rayonunun Keçmədin kəndində yerləşən valideynlərinə məxsus evə bacısı Xədicənin onu və həyat yoldaşı İlhaməni buraxmaq istəməməsi səbəbindən, aralarında mübahisə yaranmış, həmin vaxt Xədicə evdə olan dəmir maşa ilə İlhamənin başından vurmuş, lakin onlar Xədicəni vurmamışdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, ekspert rəyində Zərərçəkmiş şəxs üzərində olan xəsarətin - başın sağ alın təpə nahiyyəsində zədənin olması göstərilmiş, lakin həmin zədənin nədən ibarət olması açıqlanmamışdır. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında Şəxs onun saçının yolduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 38 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar