Məhkəmə qərarları › İş №3(074)-369/2024

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-369/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-369/2024 15.05.2024 ŞAMAXI RAYON MƏHKƏMƏSİ X9 Murtuza oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Şamaxı Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şamaxı rayonu, Keçmədin kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Keçmədin kəndində, şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı, Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bununla bağlı Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şamaxı RPŞ-nin İTB-nin sahə rəisi X5 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə, saat 12:53-də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətindən Şamaxı Rayon Polis Şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumatda, ünvan 2 ünvanında yaşayan X1 Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə zəng edərək, Şamaxı rayonu, Keçmədin kəndində bacısı Xədicənin ata evinin kilidini sındırıb, evə yerləşməsini onu evə buraxmamasını və dəmir maşa ilə həyat yoldaşının başına vurması barədə məlumat verməsi göstərilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Şamaxı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, həmin tarixdə Şəxs onu döyməsini və təhqir etməsini göstərməklə, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Şamaxı Rayon Polis Şöbəsinin təhqiqat bölməsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, tədbir görülməsi üçün, qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Bundan sonra, inzibati xəta haqqında iş üzrə icraatın açılması barədə qərar qəbul edilərək, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o, daimi olaraq oğlu Nihad ilə birlikdə Bakı şəhərində yaşayır. 2024cü ilin mart ayının 22-də o, Bakı şəhərindən Şamaxı rayonunun Keçmədin kəndində yerləşən mərhum atasına məxsus olmuş evə gəlmişdir. Həmin vaxtdan qeyd olunan evdə qalır. xx.xx.2024-cü il tarixdə qardaşı Bayram və onun həyat yoldaşı İlhamə gələrək, onun həmin evdə nə işi olduğunu deyib, onu evdən çıxarmaq istəmişlər və buna görə, münaqişələri yaranmışdır. İlhamə onun saçını yolub, əşyalarını yerə tökmüşdür. O isə, əlindəki maşa ilə özünü müdafiə etmişdir. Həmin vaxt maşanın İlhaməyə dəyibdəymədiyini xatırlamır. Göstərilənləri nəzərə alaraq, iş üzrə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. xx.xx.2024-cü il tarixdə Ramazan bayramı ilə əlaqədar, həyat yoldaşının doğma yurdu olan Şamaxı rayonunun Keçmədin kəndinə getmişdirlər. Mərhum qaynatasının evinə getdikdə, orada baldızı Şəxs onları içəri buraxmaq istəməmiş və buna görə də, münaqişələri baş vermişdir. Münaqişə zamanı, Xədicə onun əlində olan termosu sındırdıqdan sonra, o da, acığından evdə olan köhnə əşyaları çölə atmışdır. Daha sonra, Xədicə evdə olan dəmir maşa ilə onun baş nahiyyəsindən vuraraq, xəsarət yetirmişdir. O isə, Xədicəni vurmamışdır. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Polis X4 təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ekspert rəyində Zərərçəkmiş şəxs üzərində olan xəsarətlərin - boyunun qançırı, üzün sağ yarasının və boyunun ön səthinin sıyrıqları küt əşya təsirindən törənməklə, xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilməsinin mümkün olması, həmin xəsarətlərin sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan, dərəcələrinin təyin edilməməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 300 (üç yüz) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar