Məhkəmə qərarları › İş №3(074)-369/2025

Şamaxı Rayon Məhkəməsi Qərar — İş №3(074)-369/2025

06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şamaxı rayonu İş № 3(074)-369/2025 06.08.2025 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim Abasov Qürur Bəybala oğlunun sədrliyi, Məmmədli İsmayıl Elşən oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 01 iyul 1992-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Şamaxı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şamaxı rayon Polis Şöbəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şamaxı rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Şəxs Şamaxı şəhəri Mərkəzi Univermağın yanında vətəndaş Zərərçəkmiş şəxs məxsus dəyəri 95 manat olan 1 ədəd “Redmi note 8” markalı mobil telefon oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 14 radələrində Elșənin yanına gələrək eynindəki qara rəngli köynəyini və şalvarının ölçülərini düzəltdirmək lazim olduğunu demişdir. Elşən ise ona həl edə biləcəyini ve yanında gözləməyini söyləmișdir. Elșən paltarları düzəldərkən onunla söhbət etmişdir. Şalvar və köynəyi düzəltdikdən sonra o Elşəndən ödəniși soruşmuş, Elşən ise ona 6 manat ödəniş etməli olduğunu demişdir. O, Elşənə cavab olaraq üzərində pul olmadığını, xalasının Şamaxı şəhəri, Mərkəzi Univermağında işlədiyini söyləmiş və xalasından pul almaq üçün danışmalı olduğunu bildirmişdir. Xalasıyla danışmaq üçün Elşənin telefonunu istəmişdir. Elşən isə "Redmi note 8" mobil telefonunu ona vermişdir. Telefonu Elşəndən aldıqdan sonra yanında telefonla xalasına zəng etmişdir. Xalası telefona gec cavab verdiyi üçün telefonla birlikdə çolə çıxmıșdır. Xalası telefonu açdıqdan sonra danışmış, danışıq zamanı xalasına paltarını düzəltdirdiyini ve ödəniş üçün üzərində pul olmadığını deyib harada olduğunu soruşmuşdur. Xalası ona işdə olduğunu demiş və işdən çıxa bilmədiyi üçün ona işlədiyi yerə gəlib pulu götürməyini demişdir. Həmin vaxt o çöldə telefonla danışırmıș, Elşən isə digər işləri ilə məșğul olduğu üçün hərdən bir başını aşağı salıb işini görürmüş. O, Elşənin başını așağı salmağını görüb fikirləşmişdir ki, telefonu götürüb getsə Elşənin xəbəri olmayacaq. Həmçinin o əvvəllər də analoji əməllər törətdiyi üçün yenidən bunu etmək qərarına gəlmişdir. Özünü telefonla danışırmış kimi göstərib yavaş-yavaş Elşənin onu görə bilməyəcəyi yerə keçmiş və daha sonra sürətlə oradan uzaqlaşmışdır. Telefonu götürdükdən sonra Avtovağzal dairəsinin yaxınlığına getmiș və orada tanımadığı avtomobilə minərək Bakı șəhərinə getmişdir. Bakıya çatdıqdan sonra bir müddət şəhəri gəzmișdir. 04 avqust 2025-ci il tarixdə oğurladığı telefonu "20 Yanvar" metrostansiyasınin yaxınlığında öz avtomobili ilə meyvə-tərəvəz alveri edən tanımadığı bir nəfər səxsə 80 manata satmışdır. Etdiyi əməldən peşmandır, onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verib bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 14 radələrində əvvəlcədən tanımadığı, adını sonradan öyrəndiyi Hüseyn adlı șəxs onun yanına gələrək əynindəki qara rəngli köynəyini və şalvarını təmir etmək lazım olduğunu demişdir. O, isə həll edə biləcəyini demiş və yanında gözləməsini söyləmişdir. Şalvar və köynəyi təmir etdikdən sonra Hūseyn ödəniși soruşmuş, o, isə Hüseynə 6 manat ödəniş etməli olduğunu demişdir. Hüseyn ona cavab olaraq üzərində pul olmadığinı, xalasının Şamaxı şəhəri, Mərkəzi Univermağında işlədiyini söyləmiș və ondan pul almaq üçün danışmalı olduğunu bildirmişdir. Ondan xalası ilə danışmaq üçün telefonunu istəmişdir. O, isə "Redmi note 8" markalı mobil telefonunu ona vermişdir. Hüseyn onun yanında telefonla danışdığı zaman xalasına paltarını düzəltdirdiyini və ödəniș üçün üzərində pul olmadığını demişdir. Telefon danışığı təxminən 10 dəqiqə çəkmiş ve bu müddət ərzində Hüseyn hərdən çölə çıxıb yenidən yanına qayıdırmış. O, isə həmin vaxt digər işləri ilə məşğul olduğu üçün hərdən bir başını aşağı salıb işini görürmüş. Həmin vaxt Hüseyn onun başını aşağı salmağından istifadə edərək ona maxsus telefonu götürərək yoxa çıxmışdır. O, Hüseynin yoxa çıxmağını görüb obyektin qarşısına çıxmış və ətrafa baxmışdır. Ətrafda da, Hüseynin olmadığını görüb X1 işləyən Safura adlı xalasının yanına getmişdir. Safuradan Hüseynin zəng edib-etməməsini, həmçinin yanına gəlib-gəlməməsini soruşmuşdur. Safura da ona demişdir ki, Hüseyn zəng edərək harda olmağını soruşmuş, Safura da Hüseynə işdə olduğunu demişdir. Bundan başqa aralarında danışıq olmamışdır. Safura həmçinin bildirmişdir ki, Hüseyn əvvəllər də bu cür işlərlə məşğul olub, ola bilsin Bakı șəhərinə qaçmışdır. Bundan sonra o hadisə barədə ərizə ilə Şamaxı RPŞ-yə müraciət etmişdir. Əlavə olaraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimiliyinə inanmır. Onun mobil telefonunun qiyməti 150 manatdır. Odur ki, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1-863/2025 nömrəli araşdırma materialı üzrə, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs məxsus ümumi dəyəri 95 (doxsan beş) manat olan 01 ədəd mobil telefonun Şəxs tərəfindən oğurlanması müəyyən edildiyindən həmin şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq tədbirlərin davam etdirilmsindən ötrü qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilməsi, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. İş materiallarında olan “Əşyaların qiymətləndirilməsi haqqında” “NİHAD” İstehsalat Kommersiya firmasının müdiri X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəyin surətindən görünür ki, 01 ədəd “Redmi note 8” markalı, 1 il əvvəl işlənmiş vəziyyətdə 180 manata alınmış çoxfunksiyalı mobil telefonun qiyməti 95 (doxsan beş) manat dəyərində qiyməti müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolun məzmunundan və Şəxs Şamaxı rayon Polis Şöbəsində verdiyi izahatlarından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir Beləliklə, məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi və ağırlaşdıran halların müəyyən edilməməsini, nəzərə alaraq, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və barəsində həmin maddənin sansiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci tarixdən, saat 18:10-dan hesablansın. Şəxs inzibati həbs müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müəyyən etdiyi yerlərdə mühafizə altında saxlanılsın. Qərarın icrası Şamaxı rayon Polis Şöbəsinin inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qürur Abasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar